Tenqri
Ana Səhifə
Dünya

Turqay Hüseynov: Ölkədə vəkilliyə maraq artıb

Vəkilliyə qəbul üzrə keçirilən yazılı imtahanda 540 nəfərin iştirak etməsi ölkədə bu peşəyə marağın artdığını göstərir AZƏRTAC verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillərin İxtisas Komissiyasının sədri Turqay Hüseynov deyib O bildirib ki, bu gün keçirilən yazılı imtahanda iştirakçı sayı bi

0 baxışazertag.az
Turqay Hüseynov: Ölkədə vəkilliyə maraq artıb
Paylaş:

Vəkilliyə qəbul üzrə keçirilən yazılı imtahanda 540 nəfərin iştirak etməsi ölkədə bu peşəyə marağın artdığını göstərir AZƏRTAC verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillərin İxtisas Komissiyasının sədri Turqay Hüseynov deyib O bildirib ki, bu gün keçirilən yazılı imtahanda iştirakçı sayı bir il ərzində ali təhsil ocaqlarında hazırlanan hüquqşünasların sayına yaxındır: “Azərbaycanda hüquq fakültələrini hər il təxminən 600 nəfər bitirir. Vəkillik peşəsində gəlirin əvvəlcədən dəqiq planlaşdırılması mümkün olmasa da, hüquqşünaslar yenə də bu sahəyə maraq göstərirlər. Bu isə peşənin nüfuzunun artması, müstəqil fəaliyyət imkanları və ixtisaslaşma perspektivləri ilə əlaqələndirilir" Turqay Hüseynov qeyd edib ki, həm namizədlərin sayı, həm də imtahan nəticələrinin keyfiyyəti artmaqdadır: "Əvvəlki illərdə namizədlərin 35-40 faizi imtahandan keçirdisə, son imtahanda bu göstərici təxminən 50 faizə yaxın olub. Bu isə namizədlərin imtahana daha ciddi hazırlaşdığını göstərən əsas amillərdən biridir”,- deyə o diqqətə çatdırıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler