Tenqri
Ana Səhifə
Dünya

Azercell-in “GiqaAddım” kampaniyası ilə addımlarınızı gigabayta çevirin

Daha çox addım - daha çox internet! “Azercell Telekom” MMC abunəçiləri rəqəmsal mükafatlar vasitəsilə daha sağlam həyat tərzinə sövq edən innovativ “GiqaAddım” kampaniyasına start verib. Kampaniya çərçivəsində Azercell abunəçiləri artıq gündəlik addım hədəflərini yerinə yetirərək gigabayt qazana bi

0 baxıştrend.az
Azercell-in “GiqaAddım” kampaniyası ilə addımlarınızı gigabayta çevirin
Paylaş:

Daha çox addım - daha çox internet! “Azercell Telekom” MMC abunəçiləri rəqəmsal mükafatlar vasitəsilə daha sağlam həyat tərzinə sövq edən innovativ “GiqaAddım” kampaniyasına start verib. Kampaniya çərçivəsində Azercell abunəçiləri artıq gündəlik addım hədəflərini yerinə yetirərək gigabayt qazana bilərlər Gün ərzində 10.000 addıma çatan istifadəçilər 1 GB mobil internet, 7 gün ardıcıl olaraq hədəfini saxlayanlar isə 5 GB internetlə mükafatlandırılır Kampaniya Azercell mobil tətbiqi vasitəsilə tamamilə rəqəmsal şəkildə idarə olunur. Kampaniyada iştirak etmək üçün abunəçilər “Azercell” mobil tətbiqini yeniləməli, sonra “İndi Qoşul” bölməsi vasitəsilə öz cihazlarında “Sağlamlıq” tətbiqinə giriş icazəsi verməlidirlər. Abunəçilər öz addımlarını və bonuslarını izləmək üçün mütəmadi olaraq Azercell tətbiqinə daxil olmalıdırlar Abunəçilər gündəlik fəaliyyətlərinə birbaşa tətbiqdə nəzarət edə və məqsədləri tamamlandıqdan sonra qazandıqları bonusları aktivləşdirə bilərlər. Təltif olunan bütün internet paketləri aktivləşdirildiyi andan 24 saat ərzində etibarlıdır “GiqaAddım” kampaniyası “DigiMax” və “Premium+” tarif planlarından istifadə edən fakturasız xətt abunəçiləri, həmçinin “SuperSən” və “Premium” tarifləri üzrə fakturalı xətt abunəçiləri üçün əlçatandır Daha ətraflı məlumat üçün “GiqaAddım” linkinə daxil olun

Kaynak: trend.az

Diğer Haberler