Türkmənistan Beynəlxalq Əmək Konfransının 114-cü sessiyasında iştirak edib
Cenevrədə keçirilən Beynəlxalq Əmək Konfransının 114-cü Sessiyası zamanı Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi naziri M.Silapov və Türkmənistan Həmkarlar İttifaqları Milli Mərkəzinin sədri O.Berdiliyeva çıxış ediblər. Bu barədə Türkmənistan XİN məlumat yayıb Nazir çıxışında Beynəlxalq Əm

Cenevrədə keçirilən Beynəlxalq Əmək Konfransının 114-cü Sessiyası zamanı Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi naziri M.Silapov və Türkmənistan Həmkarlar İttifaqları Milli Mərkəzinin sədri O.Berdiliyeva çıxış ediblər. Bu barədə Türkmənistan XİN məlumat yayıb Nazir çıxışında Beynəlxalq Əmək Təşkilatının layiqli əməyin təmin edilməsi üçün süni intellektdən istifadəyə həsr olunmuş hazırkı sessiyasının aktuallığını vurğulayıb. O qeyd edib ki, iqtisadiyyatın rəqəmsallaşdırılması Türkmənistanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkədə rəqəmsal iqtisadiyyatın, elektron hökumətin, rəqəmsal təhsilin inkişafına, müasir texnologiyaların tətbiqinə yönəlmiş proqramlar ardıcıl olaraq həyata keçirilir Türkmənistan süni intellektin istifadəsinə insan mərkəzli yanaşmanı dəstəkləyir, bununla da texnoloji tərəqqi peşəkar bacarıqların inkişafına, əmək məhsuldarlığının artmasına və ictimai rifahın möhkəmlənməsinə töhfə verir. Nazir, həmçinin Türkmənistanın davamlı birgə təşəbbüslər çərçivəsində Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduğunu təsdiqləyib Öz növbəsində Türkmənistan Həmkarlar İttifaqları Milli Mərkəzinin sədri O.Berdiliyeva Türkmənistanla Beynəlxalq Əmək Təşkilatı, eləcə də İşçilərin Fəaliyyəti Bürosu (ACTRAV) arasında əmək münasibətlərinin yaxşılaşdırılması, sosial tərəfdaşlığın inkişaf etdirilməsi və işçilərin hüquqlarının müdafiəsinin gücləndirilməsində əməkdaşlığın əhəmiyyətini vurğulamışdır Həmkarlar ittifaqı işçilərinin ixtisasının artırılması, beynəlxalq əmək standartlarının təşviqi, gənclərin məşğulluğunun inkişafı, gender bərabərliyinin təmin edilməsi, əməyin mühafizəsi və təhlükəsizliyinin təkmilləşdirilməsi istiqamətində birgə layihələrə xüsusi diqqət yetirilib. Vurğulanıb ki, Türkmənistan həmkarlar ittifaqları sosial dialoqu sosial sabitliyin və davamlı inkişafın təmin edilməsində mühüm mexanizm kimi qiymətləndirir və işçilərin mənafeyinə uyğun olaraq beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirmək niyyətindədirlər


