Türkmənistan və Beynəlxalq Əmək Təşkilatı (BƏT) cari əməkdaşlıq məsələlərini müzakirə ediblər
114-cü Beynəlxalq Əmək Konfransı çərçivəsində Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi naziri M.Silapov Beynəlxalq Əmək Təşkilatının baş direktoru Gilbert Hounqbo ilə görüşüb. Bu barədə Türkmənistan XİN məlumat yayıb Tərəflər cari əməkdaşlıq məsələlərini müzakirə edib, BƏT-in fəaliyyətinin

114-cü Beynəlxalq Əmək Konfransı çərçivəsində Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi naziri M.Silapov Beynəlxalq Əmək Təşkilatının baş direktoru Gilbert Hounqbo ilə görüşüb. Bu barədə Türkmənistan XİN məlumat yayıb Tərəflər cari əməkdaşlıq məsələlərini müzakirə edib, BƏT-in fəaliyyətinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparıb, əmək və sosial müdafiə sahələrində tərəfdaşlığın daha da inkişaf etdirilməsi imkanlarını araşdırıblar Görüşdə konstruktiv dialoqun davam etdirilməsində və birgə təşəbbüslərin həyata keçirilməsində qarşılıqlı maraqlı olduqları bir daha təsdiqləndi
