Nabran turizm zonası güclü yağışdan əziyyət çəkib - FOTO
Aprelin 4-5-də aramsız yağan leysan yağışları və çaylarda əmələ gələn sel Nabran turizm zonasına ciddi ziyan vurub Xaçmaz Rayon İcra Hakimiyyətindən AZƏRTAC -a bildirmişlər ki, İstisu kəndində fərdi təsərrüfatlara, əkin sahələrinə, yol infrastrukturuna və elektrik təsərrüfatına ciddi ziyan dəyib

Aprelin 4-5-də aramsız yağan leysan yağışları və çaylarda əmələ gələn sel Nabran turizm zonasına ciddi ziyan vurub Xaçmaz Rayon İcra Hakimiyyətindən AZƏRTAC -a bildirmişlər ki, İstisu kəndində fərdi təsərrüfatlara, əkin sahələrinə, yol infrastrukturuna və elektrik təsərrüfatına ciddi ziyan dəyib. Təbii fəlakət nəticəsində kənddə 150-dən çox fərdi yaşayış binasına ziyan dəyib Nabran kəndində sel suları təsərrüfat sahələrinə, turizm obyektlərinə və kənd yollarına xeyli ziyan vurub Fəsadların operativ şəkildə aradan qaldırılması, zərərçəkmiş sakinlərə lazımi köməkliyin göstərilməsi və müvafiq tədbirlərin görülməsi məqsədilə rayon Fövqəladə Hallar Komissiyasının üzvlərinə, eləcə də aidiyyəti xidmət sahələrinin rəhbərlərinə tapşırıqlar verilmişdir Ərazidən axan çayların daşması nəticəsində Niyazoba kəndində də 105 evə ziyan dəyib. Güclü yağıntılar zamanı digər yaşayış binalarının sel suları nəticəsində zədələnməsinin qarşısının alınması məqsədilə 1500 mm diametrli əlavə dəmir-beton suötürücü quraşdırılıb, eyni zamanda ərazi ilə nəqliyyat əlaqəsini fasiləsiz təmin etmək üçün alternativ yol çəkilib Hazırda ərazidə xilasetmə, bərpa və yenidənqurma işləri davam etdirilir


