Türkiyəli nazir Zəngəzur dəhlizində işlərin başa çatdırılması üçün son tarixi açıqlayıb
Türkiyə yaxın 4-5 il ərzində Zəngəzur dəhlizinin ona məxsus hissəsində işləri başa çatdırmağı gözləyir "Report"un Türkiyədən verdiyi xəbərə görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu İstanbulda keçirilən SAHA 2026 müdafiə sərgisi çərçivəsində jurnalistlərə açıqlamas

Türkiyə yaxın 4-5 il ərzində Zəngəzur dəhlizinin ona məxsus hissəsində işləri başa çatdırmağı gözləyir "Report"un Türkiyədən verdiyi xəbərə görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu İstanbulda keçirilən SAHA 2026 müdafiə sərgisi çərçivəsində jurnalistlərə açıqlamasında deyib Onun sözlərinə görə, artıq layihə üzərində işlərə başlanılıb "Bu yaxınlarda Almaniyada azərbaycanlı həmkarım Rəşad Nəbiyevlə görüşdük və bir sıra məsələləri müzakirə etdik. Azərbaycan da dəhlizin Naxçıvan hissəsində işlərə başlayıb", - nazir qeyd edib Uraloğlu vurğulayıb ki, bütün işlər başa çatdıqdan sonra tərəflər nəqliyyat marşrutundan tam istifadə edə biləcəklər

