Tenqri
Ana Səhifə
Dünya

Türkiyə mediası: Bakıda şəhərlərin gələcəyi formalaşır - FOTO

Türkiyənin xəbər agentlikləri, telekanalları, çap mediası və xəbər saytları Bakıda keçirilən Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasının başlamasını fəal şəkildə işıqlandırır AZƏRTAC xəbər verir ki, qardaş ölkənin kütləvi informasiya vasitələri Birləşmiş Millətlər Təşkilatının İnsan Məskə

0 baxışcaliber.az
Türkiyə mediası: Bakıda şəhərlərin gələcəyi formalaşır - FOTO
Paylaş:

Türkiyənin xəbər agentlikləri, telekanalları, çap mediası və xəbər saytları Bakıda keçirilən Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasının başlamasını fəal şəkildə işıqlandırır AZƏRTAC xəbər verir ki, qardaş ölkənin kütləvi informasiya vasitələri Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramının (UN-Habitat) 182 ölkədən 42 mindən çox insanın iştirakı ilə təşkil etdiyi müzakirələrin əhəmiyyətindən milyonlarla auditoriyaya məlumat veriblər Qardaş ölkənin mətbuatında "WUF13 bütün dünyanı Azərbaycanda birləşdirdi! Bakıda şəhərlərin gələcəyi formalaşır" başlıqlı xəbərlərlə doludur Hesabat və nəşrlərdə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin Forumun gündəliyinin və məqsədlərinin təbliğinə ev sahibliyi edən ölkənin mümkün töhfə verməyə hazır olduğunu vurğulayan sözləri yer alır Vurğulanır ki, WUF13 həm də Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında həyata keçirilən “ağıllı” şəhər və kəndlər konsepsiyasını dünyaya nümayiş etdirmək imkanıdır Xəbər materiallarında qeyd olunur ki, iki il əvvəl Bakıda BMT-nin daha bir qlobal tədbiri olan ÇNL 29 iqlim sammitinin uğurla keçirildiyini xatırladaraq, WUF13 həm də dünyaya Azərbaycanın təşkilatçılıq imkanlarını nümayiş etdirməyə imkan verəcək

Kaynak: caliber.az

Diğer Haberler