Türkiyə kəşfiyyatı xarici agentlər şəbəkəsini ifşa etdi
Türkiyə Milli Kəşfiyyat Xidməti (MİT) xarici kəşfiyyat xidmətlərində işləyən 9 nəfərin şəxsiyyətini müəyyənləşdirib. 4 vilayətdə keçirilən əməliyyatlar zamanı şəbəkənin lideri də daxil olmaqla 7 nəfər saxlanılıb; digər ikisi isə başqa ittihamlarla artıq həbsdə idi Bu barədə TRT Haber məlumat yayıb

Türkiyə Milli Kəşfiyyat Xidməti (MİT) xarici kəşfiyyat xidmətlərində işləyən 9 nəfərin şəxsiyyətini müəyyənləşdirib. 4 vilayətdə keçirilən əməliyyatlar zamanı şəbəkənin lideri də daxil olmaqla 7 nəfər saxlanılıb; digər ikisi isə başqa ittihamlarla artıq həbsdə idi Bu barədə TRT Haber məlumat yayıb Məlum olub ki, casus şəbəkəsi daxilindəki şəxslər Türkiyədəki qeyri-hökumət təşkilatları, fondlar, etnik qruplar və dövlət məmurları haqqında məxfi məlumatları toplayaraq xarici kəşfiyyat xidmətlərinə ötürüblər Qeyd olunur ki, bu əməliyyat zamanı təkcə şəbəkə üzvlərinin kimliyi deyil, həm də Türkiyədəki xarici kəşfiyyat agenti şəbəkəsinin strukturu, rabitə protokolları və strateji hədəfləri üzə çıxıb. Əməliyyat prosesi zamanı əldə etdiyi məlumatlara görə minnətdar olan MİT milli təhlükəsizliyin qorunmasını təmin etməklə yanaşı, xarici kəşfiyyat orqanlarının fəaliyyət üsullarını da ətraflı təhlil edib


