Tenqri
Ana Səhifə
Dünya

Tullantıların idarə olunması sektoru dünyada metan emissiyalarının üçüncü ən böyük mənbəyidir

Metan qısaömürlü olsa da, iqlimə çox güclü təsir göstərən çirkləndiricidir və qlobal istiləşmənin 10 faizdən çoxuna səbəb olur. Tullantıların idarə olunması sektoru isə dünyada metan emissiyalarının üçüncü ən böyük mənbəyidir. Bu emissiyalar əsasən poliqonlarda və tullantı sahələrində üzvi tullantıl

0 baxışazertag.az
Tullantıların idarə olunması sektoru dünyada metan emissiyalarının üçüncü ən böyük mənbəyidir
Paylaş:

Metan qısaömürlü olsa da, iqlimə çox güclü təsir göstərən çirkləndiricidir və qlobal istiləşmənin 10 faizdən çoxuna səbəb olur. Tullantıların idarə olunması sektoru isə dünyada metan emissiyalarının üçüncü ən böyük mənbəyidir. Bu emissiyalar əsasən poliqonlarda və tullantı sahələrində üzvi tullantıların oksigensiz (anaerob) şəraitdə parçalanması nəticəsində yaranır AZƏRTAC xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədr müavini Sabit Zeyniyev Bakıda Ümumdünya Ətraf Mühit Günü çərçivəsində təşkil olunan “Metan emissiyalarının azaldılması istiqamətində birgə fəaliyyət: kənd təsərrüfatı, enerji və tullantı sahələrində həll yolları” mövzusunda panel müzakirədə deyib O, həmçinin söyləyib: “Bakının tullantı idarəetmə sektorunu inteqrasiya olunmuş və dayanıqlı bərpa modelinə keçirməklə “Təmiz Şəhər” ASC metan emissiyalarının azaldılmasını üç əsas mexanizm vasitəsilə gerçəkləşdirir. Bunlar poliqon qazının tutulması sistemləri, tullantıların enerjiyə çevrilməsi və materialların çeşidlənməsi və təkrar emalıdır Qeyd etmək istərdim ki, biz Azərbaycanın ən böyük tullantı poliqonu olan Balaxanı poliqonunu idarə edirik. Poliqonda yaranan metanı toplayaraq elektrik enerjisinə çeviririk və həmin enerjidən öz müəssisələrimizin və poliqonun daxili ehtiyacları üçün istifadə edirik Bununla yanaşı, Bakı şəhərində regionun ən böyük tullantıdan enerji istehsalı zavodunu da istismar edirik. İllik emal gücü 500 min ton olan Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu üzvi tullantıların poliqonlara göndərilməsinin qarşısını almağa imkan verir və bununla da metan emissiyalarının azalmasına töhfə verir Üçüncü əsas mexanizm isə tullantılardan materialların bərpasıdır. Bu məqsədlə Balaxanı qəsəbəsində illik gücü 100 min ton olan Materialların Bərpası Zavodu inşa etmişik. Burada tullantılar çeşidlənir, təkrar emal üçün yararlı materiallar ayrılır və sonradan təkrar emal fəaliyyəti ilə məşğul olan müəssisələrə göndərilir Məhz bu inteqrasiya olunmuş tullantı idarəetmə sistemi sayəsində “Təmiz Şəhər” ASC Bakı şəhərində metan emissiyalarının effektiv şəkildə idarə olunmasına və azaldılmasına nail olub” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler