Ermənistan Mərkəzi Seçki Komissiyası 6 deputatlığa namizədin cinayət məsuliyyətinə cəlb edilməsinə icazə verib
Ermənistanın Mərkəzi Seçki Komissiyası Baş Prokurorluğa “Güclü Ermənistan” blokundan deputatlığa namizəd olan 6 nəfərə qarşı cinayət təqibinə başlamağa icazə verib, Ermənistan KİV-i xəbər verir Söhbət Vahe Tavakalyan, Hayk Avakyan, Vahe Yeqiazaryan, Susan Badoyan, Aşot Saakyan, Artur Abramyandan g

Ermənistanın Mərkəzi Seçki Komissiyası Baş Prokurorluğa “Güclü Ermənistan” blokundan deputatlığa namizəd olan 6 nəfərə qarşı cinayət təqibinə başlamağa icazə verib, Ermənistan KİV-i xəbər verir Söhbət Vahe Tavakalyan, Hayk Avakyan, Vahe Yeqiazaryan, Susan Badoyan, Aşot Saakyan, Artur Abramyandan gedir. Ermənistan İstintaq Komitəsi də öz növbəsində bu şəxslərin saxlanılması barədə qərar qəbul edildiyini bildirir Onlar “seçicilərin rüşvət alması və xüsusilə böyük miqyasda çirkli pulların yuyulması” işində iştirak edirlər. İş çərçivəsində blokun lideri Samvel Karapetyanın ən yaxın adamlarından biri Alik Aleksanyan artıq həbs edilib Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. Seçkilərdə 16 partiya və 2 blok iştirak edəcək


