Azərbaycan Su Təsərrüfatı Agentliyinin rəqəmsal xidmətləri mygov platformasına inteqrasiya olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Tədbirlər Planı”nın icrası çərçivəsində Azərbaycan Su Təsərrüfatı Agentliyi (ADSEA) rəqəmsal xidmətlərin inkişafı və dövlət xid

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Tədbirlər Planı”nın icrası çərçivəsində Azərbaycan Su Təsərrüfatı Agentliyi (ADSEA) rəqəmsal xidmətlərin inkişafı və dövlət xidmətlərinin əlçatanlığının artırılması istiqamətində ardıcıl işləri davam etdirir “Bir pəncərə” prinsipi əsasında dövlət xidmətlərinin göstərilməsi tədbirləri çərçivəsində mayın 12-dən e-Su mobil tətbiqi fəaliyyətini dayandıracaq, rəqəmsal xidmətlər mygov platformasında istifadəyə veriləcək. Görülən işlərin əsas məqsədi vətəndaşlar üçün xidmətlərin əlçatanlığını artırmaq, rəqəmsal prosesləri sadələşdirmək, əlavə resurslara və xidmət kanallarına ehtiyacı minimuma endirməkdir Bu günə qədər Agentliyin altı xidməti artıq mygov platforması vasitəsilə rəqəmsal olaraq vətəndaşlara təqdim olunur. Hazırda platformaya mövcud xidmətlərlə yanaşı, daha yeddi departament xidməti inteqrasiya olunur. Növbəti mərhələlərdə mövcud rəqəmsal xidmətlərin təkmilləşdirilməsi və yeni xidmətlərin mygov platformasına inteqrasiyası istiqamətində işlər davam etdiriləcək Mygov platformasında artıq mövcud olan xidmətlər: • abunəçi məlumatlarının dəyişdirilməsi; • sayğac göstəricilərinin ötürülməsi və hesab-fakturaların yaradılması; • rəqəmsal dövriyyə; • borcun yoxlanılması ilə bağlı müraciət; • “yaşayış” kateqoriyasından olan istehlakçılara su təchizatı və kanalizasiya xidmətlərinə görə son 12 ay ərzində hesablamalar və ödənişlər haqqında arayışın verilməsi; • su təchizatı xidmətlərinə görə borcun onlayn ödənilməsi İnteqrasiyası davam edən xidmətlər: • su sayğaclarının plomblanması (quraşdırılması və ya dəyişdirilməsi) tələbi; • su sayğaclarının təmiri və ya nasaz ölçmə cihazlarının dəyişdirilməsi tələbi; • su təchizatı və tullantı sularının axıdılması sistemlərində baş verən qəzalarla əlaqədar işlərin aparılması; • “əhali” kateqoriyasına aid olan yeni istehlakçının qeydiyyatı; • abunəçi (sertifikat) haqqında məlumatın verilməsi; • su sayğaclarının quraşdırılması tələbi; • su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin müvəqqəti dayandırılması və bərpası üçün müraciət Qeyd edək ki, mygov platforması dövlət xidmətlərini vahid rəqəmsal məkanda birləşdirir və vətəndaşların onlara daha sürətli, daha rahat və mərkəzləşdirilmiş çıxışını təmin edir mygov mobil proqramını buradan yükləyə bilərsiniz: https://onelink.to/rryy4q Sosial şəbəkələrdə ən son xəbərləri və tətbiq yeniləmələrini izləyin:


