Qırğızıstanda qiymətlər və tariflər artıb
Qırğızıstan Respublikasının Milli Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-may aylarında ərzaq məhsulları və alkoqolsuz içkilərin qiymətləri 4,8 faiz, spirtli içkilər və tütün məmulatlarının qiymətləri 6,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,8 faiz, əhaliyə göstərilən xidmət

Qırğızıstan Respublikasının Milli Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-may aylarında ərzaq məhsulları və alkoqolsuz içkilərin qiymətləri 4,8 faiz, spirtli içkilər və tütün məmulatlarının qiymətləri 6,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,8 faiz, əhaliyə göstərilən xidmətlərin tarifləri 7,1 faiz bahalaşıb Bu dövrdə respublikanın bütün bölgələrində qiymət və tariflərdə artım müşahidə olunub. Ən çox qiymət artımı Oş vilayətində qeydə alınıb ki, bu da spirtli içkilərin və tütün məmulatlarının qiymətinin 15,1%, qeyri-ərzaq məhsullarının 8,8%, əhaliyə göstərilən xidmətlərin tariflərinin 17,1% artması hesabına baş verib Qırğızıstanda yanacağın qiymətinin niyə qalxması haqqında burada oxuyun. Ölkənin yanacaq tədarükünə subsidiya verməyə başladığı da bildirilib


