İsrail ordusu Livanın bir bölgəsini nəzarətə götürüb
İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda, sərhəddən təxminən 10 km aralıda Vadi Saluki çayı vadisində "əməliyyat nəzarəti" yaradıb. Bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb Məlumata görə, 7-ci Zirehli Briqada və Egoz bölməsinin əsgərləri “əməliyyat nəzarətinin qurulması və Vadi Salu

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda, sərhəddən təxminən 10 km aralıda Vadi Saluki çayı vadisində "əməliyyat nəzarəti" yaradıb. Bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb Məlumata görə, 7-ci Zirehli Briqada və Egoz bölməsinin əsgərləri “əməliyyat nəzarətinin qurulması və Vadi Saluki çayının şimalındakı ərazinin Hizbullah infrastrukturundan təmizlənməsi əməliyyatını başa çatdırıb” “Bu əməliyyat Livanın cənubunda operativ nəzarətin gücləndirilməsi və Qaliley və Metula yaşayış məntəqələrinə birbaşa təhlükənin aradan qaldırılması üzrə tədbirlərin bir hissəsidir”, - bəyanatda deyilir İDF-nin məlumatına görə, Hizbullah Vadi Saluki çayı yaxınlığında partlayıcı yüklü pilotsuz təyyarələr və ərazidə fəaliyyət göstərən İDF bölmələrinə raket zərbələri endirmək üçün infrastruktur yerləşdirir Qeyd olunur ki, əməliyyat zamanı İsrailin quru qoşunları və hərbi hava qüvvələri “Hizbullah”ın yüzlərlə obyektini məhv edib, həmçinin terror qruplaşmasının 50-dən çox üzvünü məhv edib. Bundan əlavə, silahlar, o cümlədən tank əleyhinə raketlər və partlayıcı maddələr ələ keçirilib


