Trampdan Şəraya maraqlı jest: Görüşümüz xoş qoxu buraxdı
ABŞ prezidenti Donald Trampın Ağ Evdəki görüşdə Suriya prezidenti Əhməd Şəraya ətir hədiyyə edərək üzərinə çiləməsindən sonra gündəmə gələn görüşün əks-sədası davam edir. Trampın Şəraya iki yeni şüşə ətir göndərdiyi məlum olub Əhməd Şəra Trampın göndərdiyi hədiyyələri sosial media platforması X hes

ABŞ prezidenti Donald Trampın Ağ Evdəki görüşdə Suriya prezidenti Əhməd Şəraya ətir hədiyyə edərək üzərinə çiləməsindən sonra gündəmə gələn görüşün əks-sədası davam edir. Trampın Şəraya iki yeni şüşə ətir göndərdiyi məlum olub Əhməd Şəra Trampın göndərdiyi hədiyyələri sosial media platforması X hesabında paylaşaraq diqqətçəkən açıqlamalar verib Şəra paylaşımında deyib: "Bəzi görüşlər iz buraxır, bizimkilər isə görünür, xoş qoxu buraxır" Trampa təşəkkür edən Şara, "Hörmətli prezident Donald Tramp, səxavətinizə və bu dəyərli hədiyyəni yenilədiyinizə görə təşəkkür edirəm. Qoy o görüşün ruhu Suriya ilə ABŞ arasında daha güclü əlaqələri formalaşdırmağa davam etsin" deyib Trampın göndərdiyi ətirləri müşayiət edən not da sosial mediada trend mövzusuna çevrilib. Qeyddə "Əhməd, hamı sənə bu gözəl ətir verərkən çəkdirdiyimiz fotodan danışır. Satılacağı təqdirdə sənə bir az da göndərdim" yazılıb Trampla Şara arasında səmimi dialoq və ətir hədiyyəsi qısa zamanda sosial mediada geniş marağa səbəb olub


