Trampın kabinetində 4-cü ayrılıq: ABŞ Milli Kəşfiyyatının direktoru istefa verdi
ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard tutduğu vəzifədən istefa verdiyini açıqlayıb. Qabbard istefaya səbəb kimi ərinin sağlamlıq vəziyyətini göstərib Qabbard ABŞ prezidenti Donald Trampın ikinci müddətinin əvvəlində milli kəşfiyyat direktoru təyin edilib Siyasi karyerasına Demokratlar P

ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard tutduğu vəzifədən istefa verdiyini açıqlayıb. Qabbard istefaya səbəb kimi ərinin sağlamlıq vəziyyətini göstərib Qabbard ABŞ prezidenti Donald Trampın ikinci müddətinin əvvəlində milli kəşfiyyat direktoru təyin edilib Siyasi karyerasına Demokratlar Partiyasında başlayan Qabbard 2020-ci ildə Demokratlar Partiyasının prezidentliyə namizədliyi üçün keçirilən praymerizdə yarışıb Hərbi müdaxilə əleyhinə çıxışları ilə diqqət çəkən Qabbard daha sonra namizədlik yarışından çəkilərək Co Baydeni dəstəkləyib 2022-ci ildə Demokratlar Partiyasından ayrılan Qabbard daha sonra Respublikaçılar Partiyasına keçib və 2024-cü il prezident seçkiləri öncəsi Donald Trampı dəstəkləyib Tulsi Qabbard Trampın ikinci dövründə kabineti tərk edən dördüncü şəxs oldu Vaşinqton administrasiyasında Qabbardın yerinə kimin təyin olunacağı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib


