Tramp: “İranın cavabı qətiyyən qəbuledilməzdir”
ABŞ prezidenti Donald Tramp ABŞ-ın müharibəni dayandırmaq təklifinə İranın cavabı ilə bağlı "İranın "nümayəndələri" adlandırılan şəxslərin cavabını oxudum. Bu, heç xoşuma gəlmədi. Bu, qətiyyən qəbuledilməzdir" deyib ABŞ prezidenti Donald Tramp ABŞ-ın müharibəni dayandırmaq təklifinə Tehran adminis

ABŞ prezidenti Donald Tramp ABŞ-ın müharibəni dayandırmaq təklifinə İranın cavabı ilə bağlı "İranın "nümayəndələri" adlandırılan şəxslərin cavabını oxudum. Bu, heç xoşuma gəlmədi. Bu, qətiyyən qəbuledilməzdir" deyib ABŞ prezidenti Donald Tramp ABŞ-ın müharibəni dayandırmaq təklifinə Tehran administrasiyasının cavabı ilə bağlı açıqlama verib. Tramp Pakistan üzərindən ABŞ tərəfinə göndərilən cavabla bağlı sosial media hesabından verdiyi açıqlamada, "İranın sözdə "nümayəndələri"nin cavabını indicə oxudum. Heç xoşuma gəlmədi. Bu, qətiyyən qəbuledilməzdir" deyib Digər tərəfdən, ABŞ mətbuatı İranın cavabının təfərrüatları ilə bağlı diqqətçəkən iddialar irəli sürüb. ABŞ-da nəşr olunan Wall Street Journal qəzetinin məlumatına görə, İran ABŞ-ın İran gəmiləri və limanları üzərindəki blokadanı qaldıracağı təqdirdə Hörmüz boğazını mərhələli şəkildə açmağı təklif etdiyini açıqlayıb. İranın ABŞ-a verdiyi “çox səhifəlik rəsmi cavab”da tələblərini təfərrüatlı şəkildə ortaya qoyduğu və tərəflər arasında hələ də ciddi fikir ayrılıqlarının olduğu bildirilib Wall Street Journal-ın məlumatına görə, İranın cavabı ABŞ-ın İranın nüvə proqramının gələcəyi və yüksək zənginləşdirilmiş uran ehtiyatının taleyi ilə bağlı əvvəlcədən öhdəlik götürməsi tələbinə cavab vermədi. İran bunun əvəzində ABŞ-ın İran gəmiləri və limanlarının blokadasını aradan qaldırması müqabilində hərbi əməliyyatlara son qoymağı və Hörmüz boğazının kommersiya daşımalarına tədricən açılmasını təklif etdi Obyektlərin ləğvi rədd edildi Xəbərə görə, İran uranın zənginləşdirilməsini ABŞ-ın təklif etdiyi 20 illik moratoriumdan daha qısa müddətə dayandırmağa hazır olduğunu bəyan edib. Digər tərəfdən, nüvə obyektlərini ləğv etməkdən imtina etdi İran mətbuatı: Sanksiyaların aradan qaldırılması tələb olundu İran mətbuatının yazdığına görə, Tehran administrasiyasının ABŞ-a təqdim etdiyi layihə mətnində ABŞ sanksiyalarının ləğvinin zəruriliyi vurğulanıb. Mətndə o da bildirilib ki, İrana qarşı dəniz blokadası birinci saziş imzalandıqdan sonra başa çatmalıdır İran mətbuatının yazdığına görə, təklifdə müharibənin dərhal dayandırılması tələb edilib və İrana qarşı yeni hücumun olmayacağına zəmanət verilib. Müharibənin bütün cəbhələrdə sona çatması lazım olduğunu vurğulayan təklifdə İranın neft satışına tətbiq edilən sanksiyaların 30 gün ərzində aradan qaldırılması tələbi də yer alıb. -Vaşinqton

