Gürcüstan və Ermənistandan olan əmək miqrantlarına ölkəyə giriş qadağan edilib
Bu gündən etibarən Macarıstan hökuməti Gürcüstan, Ermənistan və Filippin vətəndaşlarına iş vizalarının verilməsini dayandıracaq. Reuters xəbər verir ki, bunu ölkə hökumətinin rəsmi nümayəndəsi Vanda Szondi bildirib Onun sözlərinə görə, hakimiyyət yerli işçilərin əmək haqlarının artımını ləngidirmə

Bu gündən etibarən Macarıstan hökuməti Gürcüstan, Ermənistan və Filippin vətəndaşlarına iş vizalarının verilməsini dayandıracaq. Reuters xəbər verir ki, bunu ölkə hökumətinin rəsmi nümayəndəsi Vanda Szondi bildirib Onun sözlərinə görə, hakimiyyət yerli işçilərin əmək haqlarının artımını ləngidirmək qorxusuna görə xarici işçilərin işə götürülməsi qaydalarını sərtləşdirmək niyyətindədir Szondi bunun ölkəyə xarici işçi axınının tənzimlənməsində ilk addım olacağını deyib Eyni zamanda, artıq Macarıstanda olan əcnəbi işçilər icazələrin müddətinin uzadılması üçün müraciət edə biləcəklər və əvvəllər verilmiş ərizələrə müəyyən edilmiş qaydada baxılacaq


