Tenqri
Ana Səhifə
Dünya

Tərtərdə memarlıqda milli üslub müzakirə olunub

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişaf strategiyasını müəyyənləşdirərək şəhərsalma, memarlıq və abadlıq sahələrinin müasir əsaslar üzərində formalaşdırılmasını təmin edib. Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə Heydər Əliyev ölkənin memarlıq abidələri ilə zənginləşdirilm

0 baxışazertag.az
Tərtərdə memarlıqda milli üslub müzakirə olunub
Paylaş:

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişaf strategiyasını müəyyənləşdirərək şəhərsalma, memarlıq və abadlıq sahələrinin müasir əsaslar üzərində formalaşdırılmasını təmin edib. Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə Heydər Əliyev ölkənin memarlıq abidələri ilə zənginləşdirilməsinə, gözəl dizaynlı binalarla, heykəllərlə gözəlləşdirilməsinə xüsusi diqqət yetirib AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Tərtər rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən “Heydər Əliyev və memarlıqda milli üslub” mövzusunda tədbirdə səsləndirilib Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, Mədəniyyət Mərkəzində Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlə tanış olublar Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndərin ömür yolundan bəhs edən videoçarx nümayiş olunub Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon prokuroru Fuad Məmmədov, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Qədir Babayev, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Eldar Əsədov Azərbaycan memarlığında və şəhərsalmasında Ümummilli Lider Heydər Əliyevin rolundan, dahi rəhbərin milli-mədəni irsin və memarlıq nümunələrinin qorunması sahəsində xidmətlərindən danışıblar Çıxışlarda vurğulanıb ki, Ulu Öndərin əsasını qoyduğu dövlətçilik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə genişmiqyaslı quruculuq və abadlıq işləri aparılır, şəhər və rayonlarımızın siması yenilənir Tədbirdə Yeni Azərbaycan Partiyasına yeni qəbul edilən üzvlərə vəsiqələr, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə isə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub Sonda rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı təqdim olunub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler