TRT şad xəbər verdi! Dünyanın maraqla gözlədiyi qarşılaşma canlı yayımlanacaq
UEFA Çempionlar Liqasının yarımfinalında Bayern Münhen ilə Paris Saint-Germain arasında kritik cavab qarşılaşmasının TRT 1 ekranlarında şifrəsiz yayımlanacağı açıqlanıb UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında "Bavariya" Paris Saint-Germani qəbul edəcək. Çərşənbə günü, mayı

UEFA Çempionlar Liqasının yarımfinalında Bayern Münhen ilə Paris Saint-Germain arasında kritik cavab qarşılaşmasının TRT 1 ekranlarında şifrəsiz yayımlanacağı açıqlanıb UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında "Bavariya" Paris Saint-Germani qəbul edəcək. Çərşənbə günü, mayın 6-da Allianz Arenada oynanılacaq qarşılaşma saat 22.00-da başlayacaq. Matçı Portuqaliya Futbol Federasiyasından olan baş hakim Joao Pinheiro idarə edəcək. Pinheironun köməkçiləri Bruno Jesus və Luciano Maia olacaq. Marko di Bello VAR, Tiaqo Martins isə AVAR funksiyasını yerinə yetirəcək Yarımfinalın ilk oyunu futbolsevərlərə unudulmaz anlar yaşatdı. Ümumilikdə 9 qolun vurulduğu matçda Paris Saint-Germain komandası Bayern Munich-i 5-4 hesabı ilə məğlub edib. Kvaratshelia və Ousmane Dembele PSJ-nin qollarını iki dəfə vurub, Joao Neves də hesabda iştirak edib. “Bavariya”nın heyətində Harri Keyn, Maykl Olise, Dayot Upamekano və Luis Diaz fərqlənib TRT milyonlarla insanın səbirsizliklə gözlədiyi nəhəng matçı parolsuz ekranlara gətirəcəyini açıqlayıb. Bayern Münhen - PSJ matçı TRT 1-də canlı yayımlanacaq


