Tenqri
Ana Səhifə
Siyasət

TÜRKSOY-un Baş Katibi: "1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultay türk dünyasının birliyi yolunda əhəmiyyətli mərhələ olub"

Bu gün Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərargahında "Türk Dünyasında repressiyalar" mövzulu toplantı keçirlib "Report"un Türkiyə bürosundan verilən məlumata görə, Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş toplantıda "Türk Dünyasında repressi

0 baxışreport.az
TÜRKSOY-un Baş Katibi: "1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultay türk dünyasının birliyi yolunda əhəmiyyətli mərhələ olub"
Paylaş:

Bu gün Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərargahında "Türk Dünyasında repressiyalar" mövzulu toplantı keçirlib "Report"un Türkiyə bürosundan verilən məlumata görə, Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş toplantıda "Türk Dünyasında repressiyalar" adlı kitab təqdim olunub TÜRKSOY, Ankaradakı Əhməd Cavad İnstitutu və Ankaranın Hacı Bayram Vəli Universiteti tərəfindən birgə hazırlanan tədbirdə türk dövlətlərindən diplomatlar, alimlər, ekspertlər, qeyri-hökumət təşkilatları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər TÜRKSOY-un Baş katibi Sultan Raev 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın əhəmiyyətindən danışıb. O bu qurultayı "Türk dünyasının möhkəmlənməsi və birliyi yolunda əhəmiyyətli bir mərhələ" adlandırıb. Bakıda keçirilən qurultayın bir çox iştirakçısının repressiyaya məruz qaldığını, edam edildiyini və ya sürgünə göndərildiyini təəssüflə vurğulayıb: "Bizim vəzifəmiz tarixi yaxşı bilmək və Birinci Türkoloji Qurultay iştirakçılarının işini davam etdirmək, türk xalqları üçün ortaq gələcək uğrunda mübarizə aparmaqdır" Türkiyə Milliyyətçi Hərəkat Partiyası liderinin baş müşaviri və Əhməd Cavad İnstitutunun direktoru professor Ruhi Ersoy TÜRKSOY-un Birinci Türkoloji Qurultay iştirakçılarının xatirəsini ehtiramla yad edərək, türk xalqlarının daha sıx ittifaqının vacibliyini vurğulayıb O, "Türk Dünyasında repressiyalar" kitabından danışaraq deyib ki, 1926-cı il Türkoloji Qurultayının iştirakçılarının xatirəsinə hazırlanmış bu nəşr, onların işinin davam etdirilməsi üçün bir xidmətdir Türkiyə milli təhsil nazirinin müavini Nazif Yılmaz Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı elmi məqalələr və çıxışlar toplusunun hazırlanmasını çox əhəmiyyətli addım adlandırıb: "Bu nəşrlər silsilə şəklində davam etdirilməlidir. Bu gün türk məktəblərində "Ümumi türk tarixi" kimi könüllü kursların tədris olunması sevindirici haldır. Birinci Türkoloji Qurultay iştirakçılarının nəcib işi unudulmayacaq" Qazaxıstanın Türkiyədəki səfiri Yerkebulan Sapiyev çıxışında bir əsr əvvəl Qazaxıstandan olan alimlərin Bakıda keçirilən Türkoloji Qurultayın iştirakçıları arasında olduğunu xatırladıb: "Qurultay iştirakçıları "Qırmızı terror" ilə qarşılaşıblar, lakin onların iradəsini qırmaq mümkün olmayıb", - o bildirib Bu repressiya dövrünü xalqların tarixində "qara səhifə" adlandıran Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Füzuli Məcidli deyib ki, türk xalqlarının ortaq kimliyindən qorxanlar Bakıda keçirilən Birinci Türkoloji Qurultayın iştirakçılarını repressiyaya məruz qoyublar Qeyd edək ki, "Türk Dünyasında repressiyalar" kitabı keçən ilin fevralında Ankarada keçirilən 1926-cı il Birinci Türkoloji Qurultay ilə bağlı seminar iştirakçılarının elmi məqalələri və təqdimatlarından ibarətdir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler