Türkmənistanda Prezidentin rəhbərliyi ilə veloyürüş keçirilib
Türkmənistanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən təsis edilmiş Ümumdünya Velosiped Günü ölkədə geniş qeyd edilib 525.az yerli mediaya istinadla xəbər verir ki, ənənəvi olaraq bu gün Türkmənistanın müxtəlif şəhərlərində kütləvi velosiped yürüşləri təşkil edilib. Paytaxt Aşqabadda velosip

Türkmənistanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən təsis edilmiş Ümumdünya Velosiped Günü ölkədə geniş qeyd edilib 525.az yerli mediaya istinadla xəbər verir ki, ənənəvi olaraq bu gün Türkmənistanın müxtəlif şəhərlərində kütləvi velosiped yürüşləri təşkil edilib. Paytaxt Aşqabadda velosiped yürüşünə Prezident Sərdar Berdiməhəmmədov rəhbərlik edib Aksiyada Məclis sədri, hökumət üzvləri, nazirlik və digər qurumlarının rəhbərləri, ictimai təşkilatlar, ali təhsil müəssisələrinin rektorları və tələbələr iştirak ediblər. Ölkədə akkreditə olunmuş diplomatik korpusların və beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri də yürüşə qatılıb Təxminən 2 min nəfərin iştirak etdiyi aksiya "Velosiped" abidəsinin qarşısından başlayaraq “Ruhiyyət” Sarayı ərazisində başa çatıb. Ümumi məsafə 11 kilometr olub Bu cür tədbirlər sağlam həyat tərzinin təşviqi, kütləvi idmanın inkişafı və qlobal iqlim dəyişikliyi kontekstində ekoloji cəhətdən təmiz nəqliyyatın önəmini göstərmək məqsədini daşıyır. Türkmənistan Prezidenti, həmçinin beynəlxalq arenada sülhün və dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün idman diplomatiyasının əhəmiyyətini qeyd edib Xatırladaq ki, Ümumdünya Velosiped Günü 2018-ci ilin aprel ayında Aşqabadın təşəbbüsü ilə BMT Baş Assambleyasının qəbul etdiyi qətnamə ilə təsis edilib. Türkmənistanın təklifi BMT-yə üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib Velosiped Türkmənistanın mədəniyyətində xüsusi yer tutur. Aşqabadda Ginnesin Rekordlar Kitabına daxil edilmiş dünyanın ən böyük velosiped abidələrindən biri yerləşir Ölkədə müntəzəm olaraq yüksək vəzifəli dövlət məmurlarının iştirakı ilə kütləvi velosiped yürüşləri keçirilir, velosiped infrastrukturu inkişaf etdirilir. Türkmənistan idmançıları ənənəvi olaraq Asiya Oyunları və Dünya Çempionatı da daxil olmaqla beynəlxalq velosiped yarışlarında uğurla çıxış edirlər


