Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub
Azərbaycanın Müstəqillik Günü və Türkmənistanda Mədəniyyət Günləri münasibətilə Aşqabadda rəsmi qəbul keçirilib AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov çıxış edərək, 108 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti

Azərbaycanın Müstəqillik Günü və Türkmənistanda Mədəniyyət Günləri münasibətilə Aşqabadda rəsmi qəbul keçirilib AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov çıxış edərək, 108 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının tarixi əhəmiyyətindən bəhs edib Səfir qeyd edib ki, Azərbaycan xalqı 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə sabitlik və inkişaf yoluna qədəm qoyub. Ölkədə hüquqi əsaslara söykənən dövlət quruculuğu prosesi həyata keçirilib, demokratik institutlar möhkəmləndirilib və azad iqtisadi sistem formalaşdırılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dayanıqlı inkişaf yolunu davam etdirdiyini, müasir çağırışlara cavab verən güclü dövlətə çevrildiyi vurğulanıb Azərbaycanla Türkmənistan arasındakı münasibətlərə toxunan səfir, iki ölkə arasında əlaqələrin ortaq tarixə, dilə, etnik və mədəni bağlılıqlara, həmçinin ümumi soy-kökə əsaslandığını bildirib. Ölkə rəhbərlərinin siyasi iradəsi nəticəsində Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığının inkişaf etdiyi qeyd edilib O, 2025-ci ildə Prezident İlham Əliyevin Türkmənistana səfərinin, həmçinin Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərlərinin ikitərəfli münasibətlərin inkişafında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. 2026-cı ildə də ölkələr arasında ali və yüksəksəviyyəli təmasların davam etdirildiyini bildirib Mədəni və humanitar əməkdaşlıqdan bəhs edən səfir, 2025-ci ildə Bakı və Gəncə şəhərlərində Türkmənistan Mədəniyyəti Günlərinin keçirildiyini, hazırda Aşqabad və Arkadağ şəhərlərində Azərbaycan Mədəniyyəti Günlərinin təşkil olunduğunu qeyd edib Səfir Azərbaycanın Türkmənistanın daimi tərəfsizlik siyasətinə böyük hörmətlə yanaşdığını vurğulayaraq, bu statusun ölkənin xarici siyasətində mühüm yer tutduğunu qeyd edib. Azərbaycan və Türkmənistanın beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığı uğurla davam etdirdiyi bildirilib Tədbirdə ali qonaq qismində iştirak edən Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Nökərqulu Ataquliyev çıxış edərək, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun səmimi təbriklərini Azərbaycan tərəfinə çatdırıb və ölkəyə firavanlıq, uğurlar arzulayıb. O, ölkə rəhbərləri arasında qurulmuş yüksəksəviyyəli dialoqun Azərbaycan–Türkmənistan münasibətlərinin inkişafına mühüm təkan verdiyini qeyd edib. Xalqlarımız arasındakı qardaşlıq əlaqələrinin dərin tarixi köklərə əsaslandığını vurğulayıb və siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndiyini bildirib. Əməkdaşlığın ölkələrimiz arasında etimad və qarşılıqlı hörmətin möhkəmlənməsinə, həmçinin birgə layihə və təşəbbüslərin uğurla həyata keçirilməsinə xidmət etdiyini diqqətə çatdırıb Tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin başçılıq etdiyi nümayəndə heyəti, hər iki ölkənin mədəniyyət və ictimaiyyət nümayəndələri, Türkmənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, həmçinin, media təmsilçiləri, Türkmənistanda yaşayan azərbaycanlılar iştirak ediblər Ziyafət Azərbaycanın incəsənət nümayəndələrinin ifasında xalq və bəstəkar mahnılarının müşayiəti ilə davam edib. Tədbir iştirakçılarına Azərbaycanın zəngin folklorunu əks etdirən milli rəqs nömrələri də təqdim olunub. Tədbir zamanı ekran vasitəsilə ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafını əks etdirən videoçarxlar nümayiş etdirilib. Qonaqlara Azərbaycan mətbəxinin nümunələri, şirniyyatlar və milli içkilər təqdim olunub Bununla yanaşı, tədbir iştirakçıları Azərbaycan–Türkmənistan münasibətlərini əks etdirən fotosərgi ilə tanış olub, “Made in Azerbaijan” brendinin məhsulları, o cümlədən “Azərçay” və Azərbaycan kəlağayısı da xüsusi stenddə nümayiş etdirilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Konstansada Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz uçan aparat partlayıb. Ukrayna hakimiyyəti Rumıniyaya vaxtında xəbərdarlıq etməyib

BAPF pensiya yığımlarının çıxarılması üçün yeni adekvatlıq hədlərini dərc edib
