Türkiyəyə qarşı plan: Afina və Təl-Əvivdən yeni hərbi razılaşma
Yunanıstan Şərqi Aralıq dənizində Türkiyəyə qarşı hərbi balansı dəyişmək istiqamətində addımlarını sürətləndirir. Afina hökuməti İsraillə müdafiə sahəsində əməkdaşlığı genişləndirərək yeni saziş imzalayıb Publika.az “Hürriyet”ə istinadən xəbər verir ki, məlumata görə, iki ölkənin müdafiə nazirləri

Yunanıstan Şərqi Aralıq dənizində Türkiyəyə qarşı hərbi balansı dəyişmək istiqamətində addımlarını sürətləndirir. Afina hökuməti İsraillə müdafiə sahəsində əməkdaşlığı genişləndirərək yeni saziş imzalayıb Publika.az “Hürriyet”ə istinadən xəbər verir ki, məlumata görə, iki ölkənin müdafiə nazirləri arasında əldə olunan hökumətlərarası razılaşmaya əsasən, Yunanıstan İsraildən PULS çoxlüləli raket buraxıcı sistemlərinin alınmasına başlayıb Yunanıstan mediası yazır ki, təxminən 750 milyon dollar dəyərində olan bu müqavilə Türkiyənin “Bora” və TRG-300 raket sistemlərinə cavab kimi qiymətləndirilir Bildirilir ki, əsas məqsəd Meriç çayı və Egey dənizi istiqamətində müdafiə xəttini gücləndirməkdir. Alınacaq PULS sistemləri 3 milyard avro büdcəyə malik və gələn il istifadəyə verilməsi planlaşdırılan “Axilles qalxanı” hava hücumundan müdafiə sisteminə inteqrasiya ediləcək Saziş çərçivəsində İsrailin 18 ay ərzində Yunanıstana 36 ədəd buraxılış qurğusu təhvil verəcəyi qeyd olunur. Müqaviləyə həmçinin geniş sursat təminatı, logistika dəstəyi və şəxsi heyət üçün təlim proqramları da daxildir Qeyd olunub ki, ABŞ da bu prosesdə alternativ təkliflə çıxış edib. Lakin Afina 300 kilometr mənzilli, hazır və sertifikatlaşdırılmış raket sistemləri təklif edən İsrail variantına üstünlük verib İsrail Müdafiə Nazirliyinin açıqlamasına əsasən, Təl-Əviv növbəti 10 il ərzində sistemlərə texniki xidmət və dəstək göstərməyi də öhdəsinə götürüb Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 198 nəfər saxlanıldı Livana hücum: ölənlərin sayı 112 nəfərə çatdı - Yüzlərlə yaralı var Atəşkəsin pozulmasına Şahbaz Şərifdən reaksiya Dağıstanda aramsız yağışlar: 6 min ev su altında qaldı, ölü sayı artdı İran Hörmüz boğazında gəmilərin hərəkətini dayandırdı - Yeni qaydalar tətbiq olunacaq Güclü yağış Türkiyədə fəlakətə səbəb oldu: Ölənlər var - Foto Azərbaycanlı iş adamı milyonluq kompleks aldı Güclü yağış Türkiyədə fəlakətə səbəb oldu: Ölənlər var - Foto Xəzərdə daha bir zəlzələ oldu Saxta generalın azyaşlıya işgəncə verən oğlu və sevgilisi ilə bağlı qərar - Foto ABŞ-İran razılaşmasının qalibi bu ölkədir - 1922-ci ildəki Türkiyə kimi Ruttenin Trampa dəstəyi: NATO İran müharibəsinə qoşula bilər Qalibaf müəmması: İranı danışıqlarda Trampın “seçdiyi” şəxs təmsil edəcək? "Neçə Xalq artistinin əməliyyatını etdirmişəm"


.webp&w=2048&q=70)