Tenqri
Ana Səhifə
Dünya

Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvaya səfəri zamanı Ankaranın Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstəyini bir daha təsdiqləyəcək və Cənubi Qafqazda sabitliyin əhəmiyyətini vurğulayacaq AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazi

0 baxışazertag.az
Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək
Paylaş:

Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvaya səfəri zamanı Ankaranın Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstəyini bir daha təsdiqləyəcək və Cənubi Qafqazda sabitliyin əhəmiyyətini vurğulayacaq AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə xarici işlər nazirinin iyunun 16–17-də Moskvaya nəzərdə tutulan səfəri ərəfəsində məlumat verib Mənbənin sözlərinə görə, danışıqlar zamanı Hakan Fidan Cənubi Qafqazda sülh və sabitliyin həm Türkiyənin, həm də Rusiyanın maraqlarına xidmət etdiyini diqqətə çatdıracaq Bundan başqa, Moskvada keçiriləcək görüşlər çərçivəsində tərəflər Yaxın Şərqdəki vəziyyət, ABŞ ilə İran arasında aparılan danışıqlar, Suriyadakı durum, eləcə də Türkiyə ilə Rusiya arasında ikitərəfli əməkdaşlıq da daxil olmaqla, aktual beynəlxalq məsələləri müzakirə edəcəklər Mənbə qeyd edib ki, Türkiyə-Rusiya münasibətləri regional sabitlik və rifah baxımından mühüm əhəmiyyət daşıyır. Danışıqlarda ticarət, energetika, təhlükəsizlik və konsulluq sahələrinə dair məsələlərin ətraflı nəzərdən keçirilməsi planlaşdırılır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler