Türkiyənin tanınmış aktyoru Onur Tunanın narkotik testinin nəticəsi müsbət çıxıb
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz Cellat və Zehra Hanzade Gürkanların narkotik testinin nəticələri müsbət çıxıb "Report" "Haber Global"a istinadən xəbər verir ki, onlar polisin həyata keçirdiyi narkotik istintaqı çərçivəsində saxlanılmış, qan və saçlarından n

Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz Cellat və Zehra Hanzade Gürkanların narkotik testinin nəticələri müsbət çıxıb "Report" "Haber Global"a istinadən xəbər verir ki, onlar polisin həyata keçirdiyi narkotik istintaqı çərçivəsində saxlanılmış, qan və saçlarından nümunələr götürülmüşdü Məlumata görə, Onur Tuna və Özgür Deniz Cellatın nümunələrində marixuananın təsiredici maddəsi aşkarlanıb. Zehra Hanzade Gürkanların qan və saç nümunələrində isə kokain metabolitləri tapılıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


