Tenqri
Ana Səhifə
Dünya

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin (VK) sədri Anar Bağırov ölkəmizdə səfərdə olan Türkiyənin Qars Barosunun başqanı Necat Yağcın və Eskişehir Barosunun başqanı Barış Günaydın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib Vəkillər Kollegiyasından AZƏRTAC-a verilən m

0 baxışazertag.az
Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir
Paylaş:

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin (VK) sədri Anar Bağırov ölkəmizdə səfərdə olan Türkiyənin Qars Barosunun başqanı Necat Yağcın və Eskişehir Barosunun başqanı Barış Günaydın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib Vəkillər Kollegiyasından AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə qonaqlar Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Şəhidlər xiyabanı və Türk şəhidliyi ziyarət edilib Qonaqlarla görüş zamanı VK sədri Anar Bağırov Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq, dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin son illər daha da möhkəmləndiyini bildirib Sədr qeyd edib ki, xalqlarımızı birləşdirən ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər hüquq institutları arasında münasibətlərin inkişafına da öz töhfəsini verir. Dövlət başçıları tərəfindən həyata keçirilən uzaqgörən siyasət nəticəsində ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, bu əməkdaşlığın vəkillik institutları arasında münasibətlərə də müsbət təsir göstərdiyi diqqətə çatdırılıb Anar Bağırov çıxışında iki il əvvəl qardaş ölkənin paytaxtı Ankara şəhərində Türkiyə Barolar Birliyi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə keçirilmiş Türk dünyası Vəkillər kollegiyalarının zirvə görüşünü də xatırladıb. Sədr qeyd edib ki, həmin toplantı türk dövlətlərinin vəkillik qurumları arasında əlaqələrin möhkəmləndirilməsi, sıx əməkdaşlığın genişləndirilməsi və ortaq hüquqi platformanın formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin Anar Bağırov türk dövlətlərinin vəkillik institutları arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyini söyləyərək, yaxın gələcəkdə həmin ölkələrin Vəkillər Kollegiyaları Birliyinin yaradılacağına və bu təşəbbüsün hüquq sahəsində əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə xidmət edəcəyinə əminliyini ifadə edib Eskişehir Barosunun başqanı Barış Günaydın Azərbaycanla hüquq sahəsində formalaşmış əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirərək, bir müddət əvvəl ölkəmizə etdiyi səfəri məmnunluqla xatırladıb. Barış Günaydın Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin Eskişehirə səfərinin və həmin çərçivədə keçirilən görüşlərin qarşılıqlı əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd edib. O, hər iki qurum arasında qardaşlaşmış büro münasibətlərinin qurulmasına dair protokolun imzalanmasını əlamətdar hadisə kimi dəyərləndirərək, bu təşəbbüsün peşəkar təcrübə mübadiləsinin genişlənməsinə, habelə vəkillər arasında əlaqələrin möhkəmlənməsinə əlverişli zəmin yaratdığını vurğulayıb Qars Barosunun başqanı Necat Yağcın Azərbaycan və Türkiyə vəkillik institutları arasında formalaşmış dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O, iki qardaş ölkənin hüquq ictimaiyyətləri arasında əlaqələrin genişlənməsinin peşəkar fəaliyyətin təkmilləşdirilməsi və qarşılıqlı təcrübənin zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını söyləyib. Eyni zamanda, Necat Yağcın gələcəkdə qarşılıqlı təcrübə mübadiləsinin təşkilinə, vəkillər arasında peşəkar əlaqələrin daha da möhkəmləndirilməsinə, birgə tədbir və təlimlərin keçirilməsinə ümid etdiyini bildirərək həmin istiqamətdə əməkdaşlığın hər iki qurum üçün faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib Səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində olub, “Ədalət” Vəkil Bürosu və Sumqayıt Regional Vəkil Bürosunu ziyarət ediblər Eyni zamanda, qonaqlar Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Bakı şəhərində ucaldılmış abidəsini də ziyarət edərək, onun əziz xatirəsini dərin ehtiramla anıblar 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler