Tenqri
Ana Səhifə
Dünya

Türkiyənin Millət Kitabxanasına Qərbi Azərbaycanın irsinə dair kitablar təqdim olunub

“Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində Ankarada səfərdə olan Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının nümayəndə heyəti Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasında təşkil edilən görüş və kitab təqdimatında iştirak

0 baxışazertag.az
Türkiyənin Millət Kitabxanasına Qərbi Azərbaycanın irsinə dair kitablar təqdim olunub
Paylaş:

“Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində Ankarada səfərdə olan Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının nümayəndə heyəti Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasında təşkil edilən görüş və kitab təqdimatında iştirak edib AZƏRTAC xəbər verir ki, Millət Kitabxanasının fonduna Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva haqqında, eləcə də Qərbi Azərbaycanın tarixi və mədəni irsinə həsr edilən 30-a yaxın elmi, publisistik kitablar təqdim olunub QAİ-nin Qadınlar Şurasının sədri, Milli Məclisin Məlahət İbrahimqızı kitabxanaya, həmçinin Qərbi Azərbaycanın 1903-cü ildə Çar Rusiyası tərəfindən hazırlanan hərbi topoqrafik xəritəsini təqdim edib Təqdimat mərasimində Kitabxananın direktoru Ayhan Tuğlu və Türkiyə Prezidentinin Baş məsləhətçisi, Qarabağ problemləri ilə çoxsaylı elmi kitab və araşdırmaların müəllifi, professor Seyit Sərtçəlik və digərləri də iştirak ediblər Bununla da Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının “Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində Ankara şəhərində keçirilən tədbirlər başa çatıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler