Türkiyənin Adana şəhərində dünyada ən böyük arı “hoteli” açılıb
Adananın Kozan rayonunda “Anavarza Honey” tərəfindən “Yaşasın arılar” layihəsi çərçivəsində inşa edilən dünyanın ən böyük arı “hoteli” rəsmi olaraq Ginnesin Rekordlar Kitabına daxil edilib AZƏRTAC xəbər verir ki, layihə arılara təhlükəsiz sığınacaq təmin edir, biomüxtəlifliyin qorunmasına və arılar

Adananın Kozan rayonunda “Anavarza Honey” tərəfindən “Yaşasın arılar” layihəsi çərçivəsində inşa edilən dünyanın ən böyük arı “hoteli” rəsmi olaraq Ginnesin Rekordlar Kitabına daxil edilib AZƏRTAC xəbər verir ki, layihə arılara təhlükəsiz sığınacaq təmin edir, biomüxtəlifliyin qorunmasına və arıların kütləvi ölümü barədə ictimaiyyətin məlumatlılığının artırılmasına töhfə verir Ölçmələr və yoxlamalar apardıqdan sonra Ginnesin Rekordlar Kitabının nümayəndəsi Şeyda Subaşı Gemici “Arı hoteli”ni dünya rekordçusu kimi tanıyıb Layihə ekosistemlərin dayanıqlığında mühüm rol oynayan, lakin koloniyalar şəklində yaşamayan arılara yönəlib “Anavarza Honey” şirkətinin baş direktoru Can Sezen bildirib ki, “hotel”in yaradılmasında məqsəd arı populyasiyasını qorumaqdır. “Son tədqiqatlar göstərir ki, bəzi arı növləri məhv olub və arı populyasiyalarında əhəmiyyətli dərəcədə azalma müşahidə olunur. Əsas səbəblər pestisidlər, yaşayış mühitinin itirilməsi və iqlimdir. Bu gün biz vəhşi arıların çoxalması üçün zəmin yaratmağı hədəfləyirik”, - deyə o bildirib. Şirkət rəhbəri qeyd edib ki, “Anavarza Honey” mütəxəssisləri strukturun yaradılmasına təxminən bir il vaxt sərf ediblər “Hotel” hər biri yüzlərlə arını yerləşdirə bilən 81 bölmədən ibarətdir. Biz, əsasən, vəhşi arılara diqqət yetiririk”, -deyə Sezen əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


