Türkiyəli memar: Azərbaycanın dəstəyi Kahramanmaraşda insanların yenidən həyata qayıtmasına töhfə verib
Türkiyədə 2023-cü il fevralın 6-da baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycanın göstərdiyi dəstək və bərpa prosesinə verdiyi töhfə bölgə sakinləri üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan zəlzələdən sonrakı dövrdə həm maddi, həm də mənəvi baxımdan Türkiyənin yanında olub, axtarış-xilasetmə əməl

Türkiyədə 2023-cü il fevralın 6-da baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycanın göstərdiyi dəstək və bərpa prosesinə verdiyi töhfə bölgə sakinləri üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan zəlzələdən sonrakı dövrdə həm maddi, həm də mənəvi baxımdan Türkiyənin yanında olub, axtarış-xilasetmə əməliyyatlarına qoşulub, humanitar yardım göndərib və bərpa prosesinə dəstək verib AZƏRTAC xəbər verir ki, bu barədə türkiyəli memar Zeynep Taş Gökdoğan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Vizyondan Təqdimata: İnteqrasiya olunmuş Şəhər İnkişafı və Mühəndislik Həlləri Fəaliyyətdə” mövzusunda keçirilən sessiyada çıxışında deyib Z.Gökdoğan qeyd edib ki, Azərbaycandan bölgəyə xilasetmə qrupları, humanitar yardım yükləri və müxtəlif dəstək vasitələri çatdırılıb ki, bu da fəlakətin ilk günlərində böyük əhəmiyyət kəsb edib Memar bildirib ki, zəlzələdən sonrakı bərpa mərhələsində Azərbaycanın iştirakı ilə yeni yaşayış məkanlarının inşası həyata keçirilib. Onun sözlərinə görə, bu yanaşma yalnız fiziki bərpanı deyil, insanların yenidən normal həyata qayıtmasını da hədəfləyib Z.Gökdoğan vurğulayıb ki, bu prosesdən çıxarılan əsas nəticə gələcək şəhərlərin daha dayanıqlı prinsiplərlə qurulması, düzgün torpaq seçimi, təhlükəsiz tikinti və ictimai iştirakçılığın təmin edilməsinin vacibliyidir. O əlavə edib ki, zəlzələdən sonrakı yenidənqurma təcrübəsi fəlakətlərə davamlı şəhərlərin formalaşdırılması baxımından mühüm nümunədir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


