Türkiyə regionda sülh və təhlükəsizliyin təmin edilməsində maraqlıdır - Ərdoğan
BAKI, Azərbaycan, 4 iyul. Türkiyə sülhün, sabitliyin və firavanlığın təşviqində qardaş ölkələrlə, ilk növbədə Pakistanla həmrəydir Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Pakistanın baş naziri Şehbaz Şəriflə keçirdiyi birgə mətbuat konfransında deyib Türkiyə prezidenti bildirib k

BAKI, Azərbaycan, 4 iyul. Türkiyə sülhün, sabitliyin və firavanlığın təşviqində qardaş ölkələrlə, ilk növbədə Pakistanla həmrəydir Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Pakistanın baş naziri Şehbaz Şəriflə keçirdiyi birgə mətbuat konfransında deyib Türkiyə prezidenti bildirib ki, Ankara regionda gərginliyin azaldılması və münaqişələrin diplomatik yollarla həlli istiqamətində səylərini davam etdirir. Onun sözlərinə görə, Türkiyə etnik və dini mənsubiyyətindən asılı olmayaraq regionun bütün xalqları üçün təhlükəsiz və dinc mühitin təmin edilməsinə sadiqdir Ərdoğan Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında əldə olunan razılaşmaları da yüksək qiymətləndirib. O qeyd edib ki, İslamabadın vasitəçilik səyləri sayəsində regionda gərginlik xeyli azalıb "Danışıqlar son dərəcə çətin şəraitdə aparılıb. Bu baxımdan, Pakistanı dialoqun uğurunu təmin etmək üçün göstərdiyi səylərə görə bir daha təbrik etmək istəyirəm", - Türkiyə prezidenti vurğulayıb
Diğer Haberler

NATO Sammitində vəzifə yerinə yetirən polis əməkdaşlarının zəhərləndiyi iddiası I Ankara Valiliyi: Zəhərlənmə sübutu tapılmadı | T24

Elon Musk-ın "Hökumət Effektivliyi Departamenti" rəsmi olaraq bağlandı: 11 milyard dollarlıq büdcə kəsiri buraxır, müəssisələrdə yenidən işə qəbul dalğası başlayır | T24
