Türkiyədən Qəzzaya yeni yardım donanması yola düşüb
Türkiyənin Marmaris şəhərindən Qəzzaya doğru yeni humanitar yardım donanması yola çıxıb "Report" xəbər verir ki, bu barədə "Clash Report" "X" sosial şəbəkə hesabında məlumat yayıb Məlumata görə, 45 ölkədən gəlmiş təxminən 500 fəalın iştirak etdiyi karvan 54 qayıqdan ibarətdir və bu, fəalların Qəzz

Türkiyənin Marmaris şəhərindən Qəzzaya doğru yeni humanitar yardım donanması yola çıxıb "Report" xəbər verir ki, bu barədə "Clash Report" "X" sosial şəbəkə hesabında məlumat yayıb Məlumata görə, 45 ölkədən gəlmiş təxminən 500 fəalın iştirak etdiyi karvan 54 qayıqdan ibarətdir və bu, fəalların Qəzzaya çatmaq üçün sayca ikinci cəhdidir: "Fəallar yenidən Türkiyədə toplaşaraq daha böyük karvan formalaşdırıblar və yenidən Qəzzaya doğru hərəkətə başlayıblar. İsrail tərəfi isə donanmanın qarşısını yenidən alacağını bildirib", - məlumatda vurğulanıb Bildirilib ki, humanitar yardıma düyü, un, körpə qidası və dərman vasitələri daxildir Xatırladaq ki, İsrail Hərbi Dəniz Qüvvələrinin aprelin 30-na keçən gecə Krit adası yaxınlığında "Qlobal Sumud Donanması"nın 58 gəmisindən 15-ni ələ keçirdiyi bildirilib Clash Report is now on Instagram!FOLLOW 👇 🔗 https://t.co/RSyGTdRflS pic.twitter.com/0gahwka7d2— Clash Report (@clashreport) May 11, 2026 Clash Report is now on Instagram!FOLLOW 👇 🔗 https://t.co/RSyGTdRflS pic.twitter.com/0gahwka7d2 Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


