Türkiyədə yeni Konstitusiyanın hazırlanması istiqamətində addımlar sürətlənir
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) ölkə Konstitusiyasının yeni redaksiyası ilə bağlı partiyanın baxışını əks etdirən siyasi sənəd hazırlayacaq AZƏRTAC “HaberTürk” televiziya kanalına istinadla xəbər verir ki, sənədin mətni yaxın günlərdə Türkiyənin vitse-prezidenti Cevdet Yılma

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) ölkə Konstitusiyasının yeni redaksiyası ilə bağlı partiyanın baxışını əks etdirən siyasi sənəd hazırlayacaq AZƏRTAC “HaberTürk” televiziya kanalına istinadla xəbər verir ki, sənədin mətni yaxın günlərdə Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın sədrliyi ilə keçiriləcək AK Partinin Konstitusiya Komissiyasının iclasında müzakirə olunacaq Razılaşdırılıb təsdiqləndikdən sonra sənəd Prezident Rəcəb Tayyib Ərdoğana təqdim ediləcək, bundan sonra onun mətni ictimaiyyət üçün açıqlanacaq Türkiyə rəhbərliyi və şəxsən Prezident Ərdoğan dəfələrlə müasir dövrün tələblərinə və xalqın gözləntilərinə cavab verən yeni əsas qanunun qəbul edilməsinin vacibliyini bəyan ediblər AK Partinin sədr müavini Hayati Yazıcı bazar günü Türkiyənin yeni Konstitusiyasının qəbulunu “ümumxalq referendumu məsələsi” adlandırıb O xatırladıb ki, Türkiyədə son iki Konstitusiya (1961 və 1982-ci illərin konstitusiyaları) hərbi xuntaların nümayəndələri tərəfindən hazırlanıb. “Ölkəmiz bu gün də belə bir Konstitusiya əsasında idarə olunur. Qarşıdakı dövrün gündəliyində duran ən mühüm məsələlərdən biri xalqın azad iradəsinə əsaslanan Konstitusiyanın qəbul edilməsidir”, – deyə H.Yazıcı vurğulayıb və bütün siyasi partiyaları bu prosesi dəstəkləməyə çağırıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


