Tenqri
Ana Səhifə
Dünya

Türkiyədə sensasiya yaradan tapıntı: İsa Məsihin saqqalsız təsviri - FOTOLAR

Türkiyədə arxeoloqlar İsa Məsihin III əsrə aid nadir təsvirlərindən birini aşkar ediblər Publika.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb Bildirilir ki, freska Türkiyənin İznik şəhəri yaxınlığında yerləşən qədim qəbirdə tapılıb. Şəhər bibliya dövründə Nikeya adı ilə tanınıb Tapılan

0 baxışpublika.az
Türkiyədə sensasiya yaradan tapıntı: İsa Məsihin saqqalsız təsviri - FOTOLAR
Paylaş:

Türkiyədə arxeoloqlar İsa Məsihin III əsrə aid nadir təsvirlərindən birini aşkar ediblər Publika.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb Bildirilir ki, freska Türkiyənin İznik şəhəri yaxınlığında yerləşən qədim qəbirdə tapılıb. Şəhər bibliya dövründə Nikeya adı ilə tanınıb Tapılan freskada İsa Məsih “Yaxşı Çoban” obrazında təsvir olunub. Mütəxəssislərin sözlərinə görə, təsvirin əsas özəlliyi onun olduqca yaxşı qorunub saxlanılması və Roma üslubunda işlənməsidir. Bundan başqa, İsa Məsih burada saqqalsız şəkildə təsvir edilib ki, bu da erkən xristian sənəti üçün nadir nümunələrdən hesab olunur Bildirilir ki, “Yaxşı Çoban” obrazı xaç simvolundan əvvəl xristianlığın əsas rəmzlərindən biri olub. Erkən xristian freskalarında İsa Məsih çox vaxt çiynində quzu və ya keçi balası daşıyan gənc çoban kimi göstərilib. Bu isə insan ruhunun xilasını simvolizə edib Arxeoloqlar hesab edirlər ki, belə erkən dövrə aid freskanın məhz İznikdə aşkarlanması xüsusi əhəmiyyət daşıyır. Belə ki, 325-ci ildə burada Birinci Ümumdünya Kilsə Məclisi keçirilib və həmin toplantıda Nikeya Etiqad Simvolu qəbul olunub Xatırladaq ki, 2025-ci ilin oktyabrında Türkiyədə daha bir maraqlı artefakt - üzərində İsa Məsihin təsviri olan erkən Bizans dövrünə aid kömürləşmiş çörək də aşkarlanmışdı. Aliminlər onun təxminən 1300 illik tarixə malik olduğunu bildirmişdilər Bu şəhərdə bağbanları keçilərlə əvəzlədilər 7 il xərçəngdən müalicə alan kişi sən demə xəstə deyilmiş - VİDEO Dünyanın ən yaxşı hotellərinin siyahısı - Fotolar Maskın sərvəti qlobal təhlükəyə çevrilir - Qərbdə təşviş İyun ayı BÜRCLƏRƏ nə vəd edir? Dünyanı şok edən kəşf: Antarktida buzlarının altında elə bir şey tapıldı ki Prezident fərman imzaladı İcbari sığortada yeni qaydalar: Qəza edən sürücülər Jurnalist vəsiqəsi ilə bağlı bu ödəniş ləğv edilir Hidayət Orucovun cənazəsi Bakıya gətirildi Türkiyədə sensasiya yaradan tapıntı: İsa Məsihin saqqalsız təsviri - FOTOLAR Yeni qaydalar qüvvəyə mindi: Sığortanızı 30 faiz bahalaşdıra bilər ABŞ-ın borcu dünyada bahalaşma yaradacaq: Dollarla bağlı qorxulu proqnoz İyulda pul yağışı: Bu iki bürc böyük qazanc əldə edəcək

Kaynak: publika.az

Diğer Haberler