Tenqri
Ana Səhifə
Dünya

Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi

Türkiyənin Çanaqqala On səkkiz Mart Universiteti tərəfindən təşkil olunan “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” adlı mədəniyyət, incəsənət və akademik əməkdaşlıq layihəsinin növbəti mərhələsi çərçivəsində sözügedən ali təhsil ocağının Musiqi və səhnə sənətləri fakültəsində ustad dərsi keçirili

0 baxışazertag.az
Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi
Paylaş:

Türkiyənin Çanaqqala On səkkiz Mart Universiteti tərəfindən təşkil olunan “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” adlı mədəniyyət, incəsənət və akademik əməkdaşlıq layihəsinin növbəti mərhələsi çərçivəsində sözügedən ali təhsil ocağının Musiqi və səhnə sənətləri fakültəsində ustad dərsi keçirilib Ankarada səfərdə olan universitetin Gözəl sənətlər fakültəsinin baş müəllimi Dr. Minara Quliyeva AZƏRTAC-a bildirib ki, ustad dərsi universitetin müəllimləri Emel Funda Türkmen və Oğuz Karakaya rəhbərliyi ilə təşkil olunub Proqramda Azərbaycandan A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin Mədəni-Kütləvi solisti, muğam ifaçısı Səidə Orucova, həmçinin Bakı Dövlət Universiteti Mədəniyyət-Yaradıcılıq Mərkəzinin baş mütəxəssisi və qarmon ifaçısı Qiyas Qiyasov iştirak ediblər S.Orucova iştirakçılara Azərbaycan muğam sənəti haqqında məlumat verərək sevilən musiqi əsərləri ifa edib Qiyas Qiyasov isə Azərbaycan musiqi mədəniyyətinin mühüm alətlərindən biri olan qarmon haqqında tətbiqi təlim keçirib Proqrama qonaq sənətçiləri müşayiət etmək məqsədilə Dr. Minara Quliyeva və Yaşıl transformasiya və davamlılıq koordinatoru, baş müəllim Dr. Dilvin İpek də qatılıblar Tədbir çərçivəsində Musiqi və Səhnə Sənətləri Fakültəsi ilə Azərbaycanın müxtəlif mədəniyyət qurumları arasında gələcəkdə həyata keçirilə biləcək birgə bədii və akademik layihələr barədə fikir mübadiləsi aparılıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler