Türkiyədə mikroavtobusla TIR toqquşub, 7 nəfər ölüb, 7 nəfər yaralanıb
Türkiyədə Antalya-Isparta avtomobil yolunun Karğı ərazisində yük maşını (TIR) ilə mikroavtobusun toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib APA Türkiyə mediasına istinadən xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində 7 nəfər həlak olub, 2-si ağır olmaqla daha 7 nəfər yara

Türkiyədə Antalya-Isparta avtomobil yolunun Karğı ərazisində yük maşını (TIR) ilə mikroavtobusun toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib APA Türkiyə mediasına istinadən xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində 7 nəfər həlak olub, 2-si ağır olmaqla daha 7 nəfər yaralanıb Hadisənin saat 17:00 radələrində baş verdiyi bildirilir Qəzanın səbəbləri araşdırılır, əraziyə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub


