Türkiyənin 51 bölgəsində tufan xəbərdarlığı edilib
Türkiyənin 51 bölgəsində sarı hava ilə bağlı xəbərdarlıq edilib. Ölkənin bir sıra rayonlarında leysan yağışları selə çevrilib, evləri su basıb. Qaziantep və Şanlıurfa bölgələrində dəhşətli tufan qopub, güclü külək binaların damlarını uçurub. Qaziantepdə 22 yaşlı qız dam parçasının üstünə düşməsi nət

Türkiyənin 51 bölgəsində sarı hava ilə bağlı xəbərdarlıq edilib. Ölkənin bir sıra rayonlarında leysan yağışları selə çevrilib, evləri su basıb. Qaziantep və Şanlıurfa bölgələrində dəhşətli tufan qopub, güclü külək binaların damlarını uçurub. Qaziantepdə 22 yaşlı qız dam parçasının üstünə düşməsi nəticəsində dünyasını dəyişib. Selin apardığı kişi meyiti bir neçə saatdan sonra tapılıb. Rəsmi məlumata görə, fırtına və daşqın nəticəsində ümumilikdə 33 nəfər xəsarət alıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar bəzi rayonlarda məktəblərdə dərslər 4 gün müddətinə dayandırılıb Taner Gülər, Qaziantep sakini: Türkiyənin şimal bölgələrində isə günəş soyuyub, güclü qar yağıb. Bir sıra yollar bağlanıb, nəqliyyat çətinləşib. Bolu, İzmir və Samsun rayonlarının bəzi bölgələrində qarın qalınlığı 60 santimetrə çatıb. Ölkənin fövqəladə hallara cavab departamentinin məlumatına görə, təbii fəlakət bölgəsində 5 mindən çox xüsusi texnika və 2 min xilasedici işləyir


