Türkiyə XİN onun azadlığa buraxılmasını pislədi
Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanda terror təşkilatı lideri Yotopoulosun azadlığa buraxılmasını pisləyən bəyanat yayıb Publika.az xəbər verir ki, bəyanatda qeyd olunub: "1991-ci ildə Afina səfirliyimizin mətbuat attaşesi Çetin Görgünün qətlini təşkil etdiyinə görə 17 ömürlük və 25 il ağırl

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanda terror təşkilatı lideri Yotopoulosun azadlığa buraxılmasını pisləyən bəyanat yayıb Publika.az xəbər verir ki, bəyanatda qeyd olunub: "1991-ci ildə Afina səfirliyimizin mətbuat attaşesi Çetin Görgünün qətlini təşkil etdiyinə görə 17 ömürlük və 25 il ağırlaşdırılmış həbs cəzasına məhkum edilmiş terror təşkilatının lideri Aleksandros Yotopulosun 21 may 2026-cı ildə azadlığa buraxılmasını şiddətlə pisləyirik. Ölkəmizi xaricdə şərəflə təmsil edən diplomatlarımızı hədəf alan sui-qəsdləri və hücumları təhrik edən bu xain terrorçuya göstərilən tolerantlıq şəhid diplomatlarımızın və onların ailələrinin xatirəsinə böyük hörmətsizlikdir və qəbuledilməzdir." Əlavə olunub ki, Yunanıstan hakimiyyət orqanları terrorizmlə mübarizəyə mane olacaq addımlar atmamalı və məhkum edilmiş terrorçuların cəzalandırılması ilə bağlı öhdəliklərini yerinə yetirməlidir Ərdoğan imzaladı: Türkiyədə məşhur universitet bağlandı Ermənistanı Gürcüstanla kimlər düşmən etmək istəyir? - Paşinyandan reaksiya Putin Azərbaycana gələ bilər, Zelenski Ermənistana yox? - Paşinyandan Rusiyaya cavab Paşinyan Putinə münasibəti haqda: “Dostluq dostluqdur, iş də iş” "Qlobal Sumud Donanması"ndakı 422 nəfər Türkiyəyə gətirildi Özgür Özel TAXTDAN SALINDI - Kılıçdaroğlu komandası ilə geri döndü Günün ulduz falı: hədəflərinizi dəqiq müəyyənləşdirin! "Mən yaşamıram, zülm çəkirəm, qızımın toyundan sonra..." - Xalq artisti Qeyri-sabit hava bu tarixədək davam edəcək - Proqnoz Ətin qiyməti 39 manata qalxdı - Səbəbi bu imiş DİM qərar verdi: Mayın 17-də imtahan verənlərin nəzərinə! Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam! Kılıçdaroğluya 2 milyonluq zərbə: Sədr olan kimi Cümhuriyyət Xalq Partiyası parçalanır - CHP-nin yerinə yeni partiya yaradılır


