Türkiyə və Səudiyyə Ərəbistanı yeni dəmir yolu dəhlizi yaradır
Türkiyə və Səudiyyə Ərəbistanı regionu birləşdirəcək yeni dəmir yolu dəhlizinin yaradılması istiqamətində əməkdaşlığa başlayıb Modern.az xəbər verir ki, tərəflər Ər-Riyadda dəmir yolu sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar Layihəyə əsasən, dəmir yolu xətti Səudiyyə Ərəbistanın

Türkiyə və Səudiyyə Ərəbistanı regionu birləşdirəcək yeni dəmir yolu dəhlizinin yaradılması istiqamətində əməkdaşlığa başlayıb Modern.az xəbər verir ki, tərəflər Ər-Riyadda dəmir yolu sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar Layihəyə əsasən, dəmir yolu xətti Səudiyyə Ərəbistanını İordaniya və Suriya üzərindən Türkiyə ilə birləşdirəcək. Uzunmüddətli perspektivdə isə marşrutun Omana qədər uzadılması və Hind okeanına çıxışın təmin edilməsi nəzərdə tutulur. Bu, Hörmüz boğazına alternativ ticarət marşrutunun formalaşdırılmasına imkan verəcək Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, ilkin mərhələdə Türkiyə sərhədindən Suriyanın Hələb şəhərinə, daha sonra isə Dəməşqə qədər dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır. Bu zaman mövcud dəmir yolu infrastrukturundan istifadə olunacaq Nazirin sözlərinə görə, layihənin ən mürəkkəb hissəsi İordaniya-Səudiyyə Ərəbistanı sərhədində yerləşir. Hazırda yolun Ər-Riyaddan keçəcəyi və ya birbaşa Hicaz istiqamətində uzanacağı ilə bağlı müzakirələr davam edir


