“Türkiyə Ukrayna münaqişəsinin həlli üçün əlindən gələni etməyə hazırdır” - Fidan
“Türkiyə Ukrayna münaqişəsinin həllində vasitəçiliyə və ya danışıqlar üçün platforma təmin etməyə hazırdır” 525.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşdə bildirib "Bir daha qeyd etmək istəyirəm ki, ölkəmiz bu müharibəyə son qoymaq ü

“Türkiyə Ukrayna münaqişəsinin həllində vasitəçiliyə və ya danışıqlar üçün platforma təmin etməyə hazırdır” 525.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşdə bildirib "Bir daha qeyd etmək istəyirəm ki, ölkəmiz bu müharibəyə son qoymaq üçün əlindən gələni etməyə hazırdır. Türkiyə özü vasitəçi ola, yaxud belə bir platforma təmin edə bilər. Bu qeyri-sabitlik, eskalasiya müharibənin daha da alovlanmasına səbəb ola bilər, buna görə də biz ona son qoymaq üçün mümkün olan hər şeyi etməliyik", - Fidan əlavə edib Xatırladaq ki, Hakan Fidan Rusiyada işgüzar səfərdədir


