Türkiyə rəqabət qurumlarını rəqəmsal platformalara qarşı birgə mübarizəyə çağırıb
Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin rəqabət orqanları bazar gücündən sui-istifadə edən iri platformalara qarşı qarşılıqlı əməkdaşlığı möhkəmləndirməlidir "Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Rəqabət Qurumunun sədri Birol Küle "Türk Dövlətləri Təşki

Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin rəqabət orqanları bazar gücündən sui-istifadə edən iri platformalara qarşı qarşılıqlı əməkdaşlığı möhkəmləndirməlidir "Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Rəqabət Qurumunun sədri Birol Küle "Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu" çərçivəsində təşkil edilən "TDT-nin hərəkətverici qüvvələrindən biri kimi rəqabət siyasətinin formalaşdırılması: regional əməkdaşlıq" mövzusunda panel müzakirələrində bildirib Onun sözlərinə görə, təşkilatın qurulmasında başlıca hədəflərdən biri Türk dövlətləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi olub və rəqabət orqanları da bu sahədə aktiv rolu üzərinə götürməlidir: "Türk Dövlətləri Təşkilatının coğrafiyasını vahid iqtisadi məkan olaraq dəyərləndirməli və bazar gücündən, dominant mövqedən sui-istifadəyə yol verən iri platformalara qarşı rəqabət və beynəlxalq hüquq çərçivəsində ortaq mübarizə aparmalıyıq. Rəqabət qurumları arasındakı əməkdaşlıq təkcə illik görüşlərlə məhdudlaşdırılmamalıdır. Ekspertlər, menecerlər və mütəxəssislər il ərzində daimi əlaqədə olmalı, birgə layihələr reallaşdırmalı və rəqabətə zidd praktikalara qarşı mübarizə imkanlarını genişləndirməlidirlər" Türkiyə Rəqabət Qurumunun rəhbəri rəqəmsal platformalar, enerji, kənd təsərrüfatı və ərzaq sahələri üzrə daimi fəaliyyət göstərən işçi qruplarının və alt komissiyaların təsis edilməsini təklif edib: "Bu komissiyalar öz fəaliyyətini fasiləsiz şəkildə davam etdirməli və təşkilatın yaradıldığı ilk gündəki ruhunu qoruyub saxlamalıdır. Bazar gücündən sui-istifadə edən təsərrüfat subyektlərinin qarşısı alınmadığı təqdirdə, milli sənaye və ticarətin inkişafı ləngiyə, innovasiya və məhsuldarlıq göstəriciləri isə geriləyə bilər" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


