Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb
Futbol üzrə Türkiyə millisi dünya çempionatı öncəsi sonuncu yoxlama oyununu keçirib AZƏRTAC xəbər verir ki, “ay-ulduzlular” Venesuela yığması ilə qarşılaşıb. Mayamidə baş tutan matçda Vinçenzo Montellanın başçılıq etdiyi Türkiyə seçməsi 2:1 hesablı qələbə qazanıb. Qalib komandanın heyətində qolları

Futbol üzrə Türkiyə millisi dünya çempionatı öncəsi sonuncu yoxlama oyununu keçirib AZƏRTAC xəbər verir ki, “ay-ulduzlular” Venesuela yığması ilə qarşılaşıb. Mayamidə baş tutan matçda Vinçenzo Montellanın başçılıq etdiyi Türkiyə seçməsi 2:1 hesablı qələbə qazanıb. Qalib komandanın heyətində qolları Barış Alpər Yılmaz və Yunus Akgün vurublar. Hər iki qolun ötürməsini Arda Gülər edib. Venesuela yığmasında isə Qleyker Mendosa fərqlənib Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Türkiyə millisi mundialda ABŞ, Paraqvay və Avstraliya ilə birlikdə D qrupunda yer alıb. Komanda ilk matçını iyunun 14-də Avstraliya yığmasına qarşı keçirəcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


