Tenqri
Ana Səhifə
Dünya

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyəti Naxçıvanda olub

Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) olublar Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib Bildirilib ki, səfər çərçivəsində qonaqlar ƏÜO Qə

0 baxışreport.az
Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyəti Naxçıvanda olub
Paylaş:

Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) olublar Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib Bildirilib ki, səfər çərçivəsində qonaqlar ƏÜO Qərargahında olublar. Onlara ƏÜO-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlərlə bağlı ətraflı məlumat verilib. Hərbi təhsil sahəsində əməkdaşlın cari vəziyyəti, perspektivlər və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib ƏÜO-nun Təlim və Tədris Mərkəzində müxtəlif sinif otaqları, simulyasiya mərkəzi və trenajorlar zalı ziyarət olunub Naxçıvan Hərbi Kolleci və Heydər Əliyev adına Hərbi Liseylə tanışlıq zamanı xüsusi təyinatlı təhsil müəssisələrində aparılan islahatlar, mövcud hərbi təhsil sistemi, tədris və elmi fəaliyyət istiqamətləri barədə nümayəndə heyətinə ətraflı məlumat verilib. Qərargah, tədris korpusları, yataqxana və digər inzibati binalara baxış keçirib Səfər çərçivəsində Türkiyə-Azərbaycan Dostluq Parkı və tarixi-mədəniyyət abidələri ziyarət olunub Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler