Türkiyə Müdafiə Nazirliyi “EFES-2026” təlimlərindən yeni kadrları təqdim edib
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin də qatıldığı “EFES-2026” çoxmillətli təlimlərdən yeni kadrları paylaşıb AZƏRTAC xəbər verir ki, Kartal rayonundakı təlimlər şəhər mühitində birgə əməliyyatın keçirilməsini əhatə edirdi Bu mərhələdə Türkiyə hərbçiləri ilə yanaşı, onların Azər

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin də qatıldığı “EFES-2026” çoxmillətli təlimlərdən yeni kadrları paylaşıb AZƏRTAC xəbər verir ki, Kartal rayonundakı təlimlər şəhər mühitində birgə əməliyyatın keçirilməsini əhatə edirdi Bu mərhələdə Türkiyə hərbçiləri ilə yanaşı, onların Azərbaycan, Qırğızıstan, Liviya, Macarıstan, Şimali Makedoniya, Monqolustan, Niger, Pakistan, Rumıniya, Suriya və Zambiyadan olan həmkarları da iştirak edirdi “EFES-2026” təlimlərinin əsas məqsədi genişmiqyaslı əməliyyatlar zamanı iştirakçı ölkələrin bölmələri arasında koordinasiyanı gücləndirmək, döyüş hazırlığını artırmaq və hərbi personalın praktiki bacarıqlarını təkmilləşdirməkdir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


