Tenqri
Ana Səhifə
Dünya

Türkiyə ilə münasibətlərdə ciddi irəliləyiş olacaq - Mirzoyan

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin davam etdiyini və yaxın gələcəkdə bu istiqamətdə yeni irəliləyişlərin mümkün olduğunu bildirib Modern.az xəbər verir ki, Mirzoyan bu barədə parlamentin daimi komitələrinin birgə iclasında 202

0 baxışmodern.az
Türkiyə ilə münasibətlərdə ciddi irəliləyiş olacaq - Mirzoyan
Paylaş:

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin davam etdiyini və yaxın gələcəkdə bu istiqamətdə yeni irəliləyişlərin mümkün olduğunu bildirib Modern.az xəbər verir ki, Mirzoyan bu barədə parlamentin daimi komitələrinin birgə iclasında 2025-ci il dövlət büdcəsinin icrası ilə bağlı illik hesabatın müzakirəsi zamanı danışıb Nazir Ermənistan-Türkiyə dialoquna və son dövrdə görülən işlərə toxunaraq bildirib ki, Gümrü-Qars dəmir yolunun fəaliyyətinin bərpası üçün yaradılmış işçi qrupunun iclasları keçirilib və tərəflər arasında bir sıra görüşlər baş tutub “Türkiyə ilə dialoqumuz davam edir. Gümrü-Qars dəmir yolunun yenidən fəaliyyətə başlaması üçün yaradılan işçi qrupunun iclasları keçirilib, digər görüşlər də baş tutub”, – Mirzoyan deyib Onun sözlərinə görə, yaxın gələcəkdə münasibətlərin normallaşması istiqamətində hissolunan nəticələr əldə oluna bilər “Gözləyirəm və hesab edirəm ki, yaxın vaxtlarda Türkiyə ilə münasibətlərin tam normallaşması baxımından nəzərəçarpacaq irəliləyiş əldə edəcəyik”, – Ermənistan XİN rəhbəri vurğulayıb Mirzoyan həmçinin prosesin məntiqi yekununa çatacağına inandığını bildirib və tam nizamlanmanın mümkün olduğunu qeyd edib Nazir əlavə edib ki, Ermənistan və Türkiyə arasında artıq birbaşa ticarət əlaqələri mövcuddur “Bu, hesabat dövrünə aid olmasa da, qeyd etmək istəyirəm ki, hazırda Ermənistan və Türkiyə arasında birbaşa ticarət var. Gömrük baxımından bu, birbaşa ticarətdir, baxmayaraq ki, coğrafi baxımdan hələ də üçüncü ölkələr üzərindən həyata keçirilir”, – Mirzoyan bildirib

Kaynak: modern.az

Diğer Haberler