Tenqri
Ana Səhifə
Dünya

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) Ankaranın şəhərsalma sahəsində prioritetlərini açıqlaması nəticələri fonunda, Dünya Bankı (DB) Türkiyəyə “Yaşıl şəhərlər və gələcəyin şəhərləri” layihəsinə 191,5 milyon avro ayrılması barədə qərar qəbul edib AZƏRTAC xəbər verir ki, d

0 baxışazertag.az
Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib
Paylaş:

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) Ankaranın şəhərsalma sahəsində prioritetlərini açıqlaması nəticələri fonunda, Dünya Bankı (DB) Türkiyəyə “Yaşıl şəhərlər və gələcəyin şəhərləri” layihəsinə 191,5 milyon avro ayrılması barədə qərar qəbul edib AZƏRTAC xəbər verir ki, dövlət zəmanəti ilə borclanma Türkiyə bələdiyyələrinə dayanıqlı və etibarlı şəhərdaxili nəqliyyat infrastrukturunun inkişafına, eləcə də su təchizatı və çirkab sularının təmizlənməsi sistemlərinin təkmilləşdirilməsinə daha fəal şəkildə investisiya qoymağa imkan verəcək Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek bundan əvvəl bildirib ki, 2026-cı ilin əvvəlindən bəri Ankaranın cəlb etdiyi güzəştli xarici maliyyələşdirmənin həcmi 4,5 milyard dollara çatıb “Davamlı artımı və sosial rifahı prioritetləşdirən Türkiyə Nazirlər Kabinetinin iqtisadi proqramı çərçivəsində biz bundan sonra da infrastruktur və iqlim dəyişikliyi ilə mübarizəyə bələdiyyə investisiyalarını fəal şəkildə dəstəkləyəcəyik”, - deyə nazir əmin edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler