Tenqri
Ana Səhifə
Dünya

Türkiyə Ermənistanla sərhədi açır - İDDİA

Ermənistanda keçirilən parlament seçkilərindən sonra yenidən baş nazir vəzifəsinə gələn Nikol Paşinyanın regional sülh və normallaşma ilə bağlı mesajları Ankara-İrəvan xəttindəki prosesi sürətləndirib Modern.az xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şafak" qəzeti məlumat yayıb Qeyd edilib ki

0 baxışmodern.az
Türkiyə Ermənistanla sərhədi açır - İDDİA
Paylaş:

Ermənistanda keçirilən parlament seçkilərindən sonra yenidən baş nazir vəzifəsinə gələn Nikol Paşinyanın regional sülh və normallaşma ilə bağlı mesajları Ankara-İrəvan xəttindəki prosesi sürətləndirib Modern.az xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şafak" qəzeti məlumat yayıb Qeyd edilib ki, Paşinyanın Türkiyə ilə münasibətlərə dair müsbət açıqlamalarından sonra diqqət iki ölkə arasında açılması planlaşdırılan sərhəd-keçid məntəqələrinə yönəlib. Seçkilərdən əvvəl həyata keçirilməsi nəzərdə tutulan, lakin müxtəlif səbəblərdən təxirə salınan addımların yaxın vaxtlarda yenidən gündəmə gətiriləcəyi gözlənilir Məlumata görə, Ankara və İrəvan arasında diplomatik təmaslar intensivləşib və normallaşma prosesində konkret addımların atılması planlaşdırılır İlk mərhələdə Türkiyənin Iğdır vilayətində yerləşən Alican sərhəd-keçid məntəqəsinin qarşılıqlı keçidlər üçün açılması nəzərdə tutulur. Bildirilir ki, Ermənistan tərəfində hazırlıq işləri artıq tamamlanıb, Türkiyə tərəfində isə prosesin qısa müddətdə yekunlaşdırılması planlaşdırılır Bu halda yay ayları ərzində avtomobil yolu ilə qarşılıqlı keçidlərin və ticarətin başlaması mümkün olacaq Eyni zamanda, Türkiyənin Qars vilayətində yerləşən Akyaka sərhəd-keçid məntəqəsinin açılması istiqamətində də işlər davam etdirilir. Hər iki məntəqənin fəaliyyətə başlaması ilə Türkiyə və Ermənistan arasında nəqliyyat və ticarət əlaqələrinin yenidən formalaşacağı gözlənilir Sərhədlərin açılması ilə uzun illərdir Gürcüstan üzərindən həyata keçirilən dolayı ticarətdə üçüncü ölkə faktoru aradan qalxa bilər Hazırda Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsinin 300-350 milyon dollar həcmində olduğu təxmin edilir. Bu dövriyyədə əsas payı hazır geyim məhsulları, kimya sənayesi məhsulları, ərzaq malları və emal olunmamış qiymətli metallar təşkil edir Birbaşa ticarətin başlaması logistika xərclərinin azalmasına, məhsulların bazarlara daha sürətli çatdırılmasına və ticarət həcminin qısa müddətdə 1 milyard dollara yüksəlməsinə şərait yarada bilər

Kaynak: modern.az

Diğer Haberler