Tenqri
Ana Səhifə
Dünya

Türkiyə dost ölkəyə 100 min dron satacaq

Türkiyənin şirkəti adı açıqlanmayan “dost və müttəfiq ölkə” ilə 100 min kamikadze dronunun tədarükünü nəzərdə tutan müqavilə imzalayıb Modern.az "Defence Turkey" nəşrinin məlumatına istinadən xəbər verir ki, bu, Pasifik Teknoloji şirkətinin ilk ixrac müqaviləsidir Razılaşmaya əsasən, sifarişçi MER

0 baxışmodern.az
Türkiyə dost ölkəyə 100 min dron satacaq
Paylaş:

Türkiyənin şirkəti adı açıqlanmayan “dost və müttəfiq ölkə” ilə 100 min kamikadze dronunun tədarükünü nəzərdə tutan müqavilə imzalayıb Modern.az "Defence Turkey" nəşrinin məlumatına istinadən xəbər verir ki, bu, Pasifik Teknoloji şirkətinin ilk ixrac müqaviləsidir Razılaşmaya əsasən, sifarişçi MERKÜT FPV tipli kamikadze dronları, 10 ədəd ALPİN pilotsuz helikopteri, 25 ədəd DUMRUL mini-helikopteri, 500 ədəd DELİ taktiki sistemi və 500 ədəd KORGAN avtonom yerüstü platformasını əldə edəcək Şirkətin baş direktoru Aykut Ferah bildirib ki, bu razılaşma sadəcə tədarük deyil, həm də strateji tərəfdaşlığın başlanğıcıdır Müqavilənin əsas elementi MERKÜT FPV kamikadze dronudur. Bu aparat FPV dronlarının Ukraynada tətbiqi təcrübəsi nəzərə alınmaqla hazırlanıb. Dron 30 dəqiqəyə qədər fəaliyyət göstərə bilir, 8 kilometrədək məsafədə işləyir, termal kamera ilə təchiz olunub və operator iştirakı olmadan avtomatik partlayış sistemi ilə təmin edilib ALPİN pilotsuz helikopteri 200 kiloqrama qədər yükdaşıma qabiliyyətinə malikdir və tam avtonom rejimdə fəaliyyət göstərə bilir. O, yüklərin çatdırılması, yaralıların təxliyəsi və müşahidə məqsədləri üçün istifadə olunur Aşağı səs səviyyəsi ilə seçilən DUMRUL mini-helikopteri kəşfiyyat və dəqiq zərbələr üçün nəzərdə tutulub, uçuş müddəti isə 120 dəqiqəyə qədərdir KORGAN yerüstü platformaları isə hava sistemlərini tamamlayaraq döyüş bölgəsində şəxsi heyətin birbaşa iştirakını azaltmağa imkan verir

Kaynak: modern.az

Diğer Haberler