Tenqri
Ana Səhifə
Dünya

Türkiyə 40 ildən sonra bənd qapılarını açdı: Suriya su altında qaldı

Suriyanın Energetika Nazirliyi Türkiyədən həyata keçirilən iri həcmli su buraxılışları və güclü mövsümi yağışlar səbəbindən Fərat çayında su səviyyəsinin kəskin və “misli görünməmiş” həddə yüksəldiyini açıqlayıb Publika.az AFP-yə istinadən xəbər verir ki, ölkənin şimal və şərq vilayətlərində fövqəl

0 baxışpublika.az
Türkiyə 40 ildən sonra bənd qapılarını açdı: Suriya su altında qaldı
Paylaş:

Suriyanın Energetika Nazirliyi Türkiyədən həyata keçirilən iri həcmli su buraxılışları və güclü mövsümi yağışlar səbəbindən Fərat çayında su səviyyəsinin kəskin və “misli görünməmiş” həddə yüksəldiyini açıqlayıb Publika.az AFP-yə istinadən xəbər verir ki, ölkənin şimal və şərq vilayətlərində fövqəladə hazırlıq rejimi elan olunub Suriya hökumətinin məlumatına görə, xüsusilə Deyr əz-Zor, Rakka və Hələb vilayətlərində vəziyyət ağırlaşıb. Bir sıra şəhər və kənd əraziləri su altında qalıb, körpülər, əkin sahələri və yaşayış evləri ciddi ziyan görüb Suriyanın Energetika Nazirliyi bildirib ki, ölkədəki su anbarlarında suyun səviyyəsi demək olar ki, kritik həddə çatıb. Bu səbəbdən Fərat bəndi vasitəsilə iri həcmdə suyun axıdılması davam etdirilir Qeyd olunub ki, ötən gün bəndin suqəbuledici qapılarının açılması ilə bağlı görüntülər yayımlanıb. Bildirilir ki, həmin qapılar təxminən 40 ildir istifadə olunmurdu. Yerli sakinlərə çay boyunca təhlükəli ərazilərdən uzaq durmaq tövsiyə edilib Deyr əz-Zorda torpaq körpünün su altında qaldığı, bir neçə digər keçidin isə sel səbəbindən sıradan çıxdığı bildirilib Suriya tərəfi vəziyyəti Türkiyədən gələn su axınının qəfil artması ilə əlaqələndirib. Dəməşq rəsmilərinin sözlərinə görə, buna səbəb güclü yağıntılar və Türkiyədəki Fərat bəndlərinin qapılarının açılması olub Türkiyə KİV-i isə xəbər verib ki, ölkənin ən böyük hidrotexniki qurğularından biri olan Atatürk bəndində su anbarında səviyyənin yüksəlməsi səbəbindən nəzarətli su buraxılışı həyata keçirilib. Məlumata görə, güclü yağışlardan sonra bəndin suqəbuledici qapıları son 7 ildə ilk dəfə açılıb Qeyd edək ki, Atatürk bəndi Türkiyənin ən iri enerji və suvarma layihələrindən biri hesab olunur və Suriya sərhədi yaxınlığındakı bölgələrin enerji təminatında mühüm rol oynayır İran Oman körfəzində ABŞ esminesinə hücum etdi SEPAH-dan iddia: Küveyt aeroportunu ABŞ vurub Bu türk ölkəsi ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi Tramp Türkiyəyə gedəcək İsti havalarla bağlı rekord sayda ölüm halları qeydə alındı - İspaniyada Bu ölkə İran diplomatlarını qovdu Günün ulduz falı: üzərinizə düşən öhdəliklər qəfil artacaq SEPAH-dan iddia: Küveyt aeroportunu ABŞ vurub Azərbaycanda dəhşətli qətl: Dayısının həyat yoldaşını öldürdü - Yeniləndi Roza Zərgərli Ramzan Kadırovla görüşündən danışdı: Şəxsən özü göstəriş vermişdi ki İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi 10 min manat oğurlayıb brend geyimlər aldı Azərbaycanda ödəniş kartları ilə bağlı yenilik tətbiq ediləcək Şimşək çaxacaq, dolu düşəcək - Hava ilə bağlı xəbərdarlıq

Kaynak: publika.az

Diğer Haberler