Tenqri
Ana Səhifə
Dünya

“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb

AMEA Folklor İnstitutunun “Türk xalqlarının folkloru” seriyası çərçivəsində növbəti nəşr – “Koblandı batır” dastanı çap olunub. İnstitutun Elmi şurasının qərarı ilə nəşr olunan kitab türk xalqlarının ortaq epik-mədəni irsinin öyrənilməsi və təbliği istiqamətində həyata keçirilən mühüm layihələrdən b

0 baxışazertag.az
“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb
Paylaş:

AMEA Folklor İnstitutunun “Türk xalqlarının folkloru” seriyası çərçivəsində növbəti nəşr – “Koblandı batır” dastanı çap olunub. İnstitutun Elmi şurasının qərarı ilə nəşr olunan kitab türk xalqlarının ortaq epik-mədəni irsinin öyrənilməsi və təbliği istiqamətində həyata keçirilən mühüm layihələrdən biridir Bu barədə AZƏRTAC-a Folklor İnstitutundan məlumat verilib Nəşrin tərcüməçisi, şərhlərin və ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Səkinə Qaybalıyevadır. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Əfzələddin Əsgərdir Nəşrdə qazax xalqının ən möhtəşəm qəhrəmanlıq dastanlarından biri olan “Koblandı batır”ın mətni Azərbaycan dilində təqdim edilib. Kitab üç hissədən ibarətdir. Birinci hissədə “Qazax epik ənənəsində “Koblandı batır” qəhrəmanlıq dastanı” adlı geniş tədqiqat oçerki yer alır. Burada dastanın yaranma tarixi, ideya-məzmun xüsusiyyətləri, variantları, ifaçılıq ənənəsi və qazax epik mühitində tutduğu mövqe araşdırılıb. İkinci hissədə dastanın tam mətni və Azərbaycan dilinə tərcüməsi oxuculara təqdim olunub. Üçüncü hissədə isə qazax folklorşünasları tərəfindən qeydə alınmış 29 variantdan 26-nın təsviri verilib Nəşrdə vurğulanıb ki, “Koblandı batır” dastanı qazax xalqının çoxəsrlik tarixi mübarizəsini, vətənpərvərlik ruhunu, döyüşkən xarakterini, milli-mənəvi dəyərlərini və dünyagörüşünü özündə əks etdirən mühüm epik abidələrdən biridir. Dastan xalqın yadelli işğalçılara qarşı mübarizəsini, qəhrəmanlıq idealını və milli özünüdərk prosesini bədii şəkildə ifadə edir Kitabda dastanın yazıya alınması və nəşri tarixinə də geniş yer ayrılıb. Burada Çoqan Vəlixanov, Əbubəkir Divayev, İbray Altınsarın kimi görkəmli tədqiqatçıların, eləcə də Merqenbay jırau, Marabay Kulbay ulı, Şapay Kalmaqambetov kimi məşhur dastan ifaçılarının “Koblandı batır”ın qorunub saxlanması və gələcək nəsillərə çatdırılması sahəsində xidmətləri işıqlandırılıb Araşdırmada dastanın müxtəlif variantları, onların yayılma arealı, süjet xüsusiyyətləri və qazax qəhrəmanlıq eposu sistemindəki yeri elmi şəkildə təhlil edilib Qeyd olunub ki, Qazaxıstan Elmlər Akademiyasının fondunda, eləcə də Moskvada, Kazanda, Nukusda və Orenburqda bəzi muzey və kitabxanaların arxivlərində dastanın ayrı-ayrı vaxtlarda Qazaxıstan ərazisində və ona həmsərhəd olan vilayətlərdən toplanmış faktın 29 variantı mühafizə olunur və bu xalq arasında geniş yayıldığını göstərib “Koblandı batır” nəşri orta əsrlər qazax cəmiyyətinin sosial mühiti, ailə sistemi, tayfalararası münasibətləri və digər mühüm məsələlər haqqında zəngin məlumatlar təqdim etməklə yanaşı, Azərbaycan oxucusunun türk xalqlarının zəngin epik irsi ilə daha yaxından tanış olmasına imkan yaradır. Eyni zamanda, nəşr türk xalqları arasında ortaq mənəvi-mədəni bağların öyrənilməsinə və folklorşünaslıq sahəsində aparılan elmi-tədqiqatların genişlənməsinə töhfə verəcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler