Türk tarixinə baxış və ideoloji yanaşmalar müzakirə olundu
Beynəlxalq konqresin iyunun 30-da keçirilən daha bir paneli "Türk tarixinə baxış və ideoloji yanaşmalar" mövzusuna həsr olunub AMEA Rəyasət Heyətinin binasında (İsmailiyyə binası) təşkil oluana panel Milli Məclisin deputatı, filologiya elmlǝri doktoru Elnarǝ Akimovanın moderatorluğu ilə gerçəkləşib

Beynəlxalq konqresin iyunun 30-da keçirilən daha bir paneli "Türk tarixinə baxış və ideoloji yanaşmalar" mövzusuna həsr olunub AMEA Rəyasət Heyətinin binasında (İsmailiyyə binası) təşkil oluana panel Milli Məclisin deputatı, filologiya elmlǝri doktoru Elnarǝ Akimovanın moderatorluğu ilə gerçəkləşib. Paneldə Türkiyənin Fatih Sultan Mehmet Vǝqfi Universitetinin professoru Ahmet Taşağıl, Almaniyanın Humbolt Universitetinin professoru Eva-Mariya Aux, Yaponiyanın Osaka Universiteti Humanitar Elmlǝr Tǝdqiqat İnstitutunun professoru Takaşi Osava, Qafqaz Tarixi Mǝrkǝzinin direktoru Rizvan Hüseynov, Türkiyǝ Qafqaz Universitetinin professoru Hacalı Nǝcǝfoğlu və Özbǝkistan Elmlǝr Akademiyası Özbǝk Dili, Ədǝbiyyatı vǝ Folkloru İnstitutunun əməkdaşı professor Cabbor Eşonkulov çıxış ediblər Alimlər Birinci Türkoloji Qurultayın 100 illiyinin geniş şəkildə qeyd olunmasının və bu münasibətlə təşkil edilən "Türk Dünyası Həftəsi"nin əhəmiyyətini diqqətə çatdırıblar. Bildirilib ki, keçmiş SSRİ dövründə türk xalqlarının milli-mədəni və tarixi irsinin hərtərəfli öyrənilməsi üçün münbit şərait yox idi. Eyni zamanda inteqrasiya imkanları məhdudlaşdırılmışdı Panelin sonunda mövzu ətrafında müzakirə aparılıb Leyla Əliyeva pianoda bu mahnını ifa etdi - VİDEO Azərbaycanda uşaq qidasının tərkibində toksinlər aşkarlandı - Tonlarla məhsul geri qaytarıldı Paytaxtın iki rayonunun bir sıra əraziləri qazsız qalacaq Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verildi - FOTO "Sovetski"də ev qanunsuz sökülüb? - Rəsmi AÇIQLAMA Baş Ələt stansiyasının yolları yenidən qurulur "Harri Potter"in ulduzu vəfat etdi Günün ULDUZ FALI - Bu, qaçmaq üçün bir fürsətdir Türkiyə-Ermənistan sərhədində hərəkətlilik başladı Leyla Əliyeva pianoda bu mahnını ifa etdi - VİDEO "TikTok" 3,5 milyon cərimələndi Xanımı İbrahim Borçalıdan üzr istədi Azərbaycanda uşaq qidasının tərkibində toksinlər aşkarlandı - Tonlarla məhsul geri qaytarıldı Paytaxtın iki rayonunun bir sıra əraziləri qazsız qalacaq


